Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
II məqalə
Ulu Türk torpaqlarını-Sabur/Sabir-Sibir düzəngahının qərb hissələrini (Abu-Su/Ob və İrtış çayları hövzəsini) 1581-1585-ci illərdə işğal edən çar Rusiyasının muzdlu qulduru Yermak rus xalqının milli-mədəni mifologiyasında “yenilməz xalq qəhrəmanı” kimi el mahnılarında, rəsm əsərlərində, musiqi parçalarında, ədəbi əsərlərdə tərənnüm edilmiş, heykəli yapılmış, Qazaxstan Respublikasının şimalında 1993-cü ilədək onun adını daşıyan şəhər salınmışdır..
Bu sırada məşhur sərgi salonlarında nümayiş etdirilən V.İ.Surikovun (1848-1916) “Sibirin fəthi” (1895), S.R.Rostvorovskinin (1858-1888) “Yermakın səfirləri İvan Qroznı hüzurunda”, P.F. Şardakovun (1927-2007) “Yermakın gedişi...” (2002), B.A.Dexteryevin (1968-1993) “Yermakın ölümü” (1969) rəsmləri, A.V. Çaykovskinin (1946) “Yermak” operası (2019), A.S.Puşkinin (1799-1838) “Yermakın ölümü” (1830), dekabrist-publisist K.F.Rılyevin (1795-1826) “Yermakın qətli” (1821) şerləri...daha çox təbliğ olunur.
Əski Türk dünyası torpaqlarını (Abu-Su/Ob və Yeni Su/Yenisey çayları hövzəsində, qədim Hun, Quz, Uyğur...soylulara məxsus) işğal edən rus qəsbkarlırının hərbi yürüşləri XVI əsrin sonu-XVII əsrin əvvəllərində on minlərlə yerli əhalinin məskunlarına rusların yerləşdirilməsi, yeni müdafiə istehkamlarının sonradan yaşayış məntəqəsinə çevrilməsi, Türk dövlət qurumlarının dağıdılması, sərvətlərinin qarət edilməsi (nəticədə Rusiya dövəti Avropa bazarlarında xəz dəri və qiymətli daş məmulatları ilə üstünlük qazanmışdır) və Türk-Müsəlman əhalisinin amansız qətlləri...ilə səciyyəvi olmuşdur.
Quldur-istilaçı rus silahlıları Yermakın qətlindən iki il sonra, Köşəri/Kuçum xanın hakimiyyətə qayıdışının və xanlığın bərpasının qarşısının alınması üçün, yəni 1585-1594-cü illərdə kazak İ.A.Mansurovun başçılığı ilə (700 nəfərlik atıcı) yeni-yeni ərazilər zəbt etmişlər. 1585-ci ilin sentyabrında paytaxt Qışlaq şəhərinə hücum edən bu dəstə güclü müqavimətlə qarşılaşdığı üçün Abu-Su/Ob və İrtış çayları arasında istehkam quraraq orada qışlayır, müvəqqəti yaşayış məntəqəsi yaratmış, qədim Minsulu/Mansi və Hun-Quz/Xantı torpaqlarının işğalını başa çatdırmış və 1586-cı ilin yazında geriyə, Moskva knyazlığına qayıtmışdır.
Savur/Sabir-Sibir xanlığı 1586-1590-cı illərdə Tümən və Təbil şəhərləri işğal edilmiş, Rusiya çarının fərmanı ilə həmin ərazilərdə “rusların yerləşdirilməsi”nə başlanılıb.
Ümumiyyətlə, Moskva knyazlığının qəsbkarlıq siyasətinə köklənən xarici həmlələri hesabına yaranan Rusiya dövlətinin Aral/İtil hövzəsindən şərqə doğru Türk xalqlarının torpaqlarına əsaslı hərbi yürüşləri aşağıdakı mərhələrə ayrılır:
-başlanqıc dövr-XVI əsrin II yarısı-Qərbi Sabir/Savur-Sibir və Yenisu-Yenisey çayları hövzəsinin işğalı;
-aralıq dövr-XVII-XVIII əsrlər ərzi, çar Rusiyasının işğal ərazilərində vilayətlərinin (Sabir/Savur-Sibir və Təbil...) yaranması;
-son dövr-XIX əsr, Uzaq Şərq hövzəsinin-Böyük Ümman/Sakit okeana qədər Türk hüdudlarının süqutu və Rusiya dövlətinin hüdudlarına daxil edilməsi.
Bəyaz Türklər/Ər Buzlar (Basaran Türkləri-qısaldılmış halda Barslar) Qara dəniz və Dəmirli/Teymurli-Taymır yarımadasından İrtış və Abu/Su-Ob çayının qovuşduğu əraziyə-Bas Qurd-Surqut şəhərinədək geniş ərazilərdə Üst Tunc mərhələsində Atlım və Qalınlıq mədəniyyətlərinin yaradıcıları və daşıyıcıları olmaqla, bölgədə -Türkdilli xalqları arasında “gücün, mərhəmətin, sakral fəlsəfə təkamülünün, köklü/ənənəvi hakimiyyət...” rəmzlərinin təcəssümçüsü olduğundan (Qıpçaq tayfalarının Bəy Baslar soyları-təhrif edilərək “Bəybarslar adlanır), çar Rusiyasının işğalçılığına qarşı (kazak dəstələri tərkibində T.İvanov, T.Fyodorov, B.Zubakin, T.Deyev, D.Bazarov, Lev və Semyon Kulyupanov qardaşları, İ.Puşin, Y.Vaxromeyev, M.Qizin, M.Perfiryev...olmaqla) bir yenilməz qala olmuşdur. Silahlı kazak dəstələrinin hücumu sayəsində 1590-cı ilə qədər Sabir/Savur-Sibir xanlığı ərazilərində yerləşən rus hərbiçilərinin mövqeyini gücləndirmək məqsədilə çar B.F.Qodunov (1552-1605) 1585-ci ildə hövzəyə İ.A.Mansurovun başçılığı ilə yeni qüvvələr göndərdi, ilk növbədə Bəyaz Türklərə qarşı. İri ticarə mərkəzləri olan Təbil, Narın,Tümən, Baş Qurd...şəhərləri qəsb edilərək, əhalisi (30 min nəfərə qədər) odlu silahlarla atəşə tutlmaqla, əski Türk yurdları oda qalanmış, yerlərində hərbi-müdafiə istehkamları tikilmişdir. Bu yolla qədim Türk tarixini silən çar Rusiyasının saxta tarix yazarları bölgənin məskunlaşma dövrü kimi işğaldan sonra illəri qəbul etmişlər...
Odur ki, həmin işğal tarixləri aşağıdakı kimi təsnif edilir:
-Tümən şəhəri 1586-cı ildə işğal edilib;
-Təbil şəhərinin süqutu-1587-ci il;
-Bölüm/Pelım şəhərində 1591-ci ildə rus-kazak dəstələri məskunlaşıb (müasir RF-nın Perm vilayəti də daxil olmaqla Bölüm/Palım xanlığı (e.ə.II minilliyin ortalarından məskunlaşma ərazisi olan və ən inkişaf etmiş dövrü XV əsrin ortalarından XVI əsrin sonlarına təsadüf edən bu qədim Türk yurdu Minsulu-Hun etnosoyluların dövlət İttifaqına daxil idi), işğalçılara qarşı Əbül Kərim xanın başçılığı ilə 1583-cü ildə güclü müavimət cəbhəsi yaratsalar da, sonda məğlub olmuşlar;
-Dar/Tar şəhəri 1594-cü ildə qəsb edilib (kazak B.İ.Domojiriovun (1568-1660) başçılı ilə);
-1596-ci ildə Narın şəhəri oda qalanıb, əhalisi qətlə yetirilib (çar-quldur silahlıları B.İ.Domojirov (1572-1660) başda olmaqla müdafiə istehkamı tikiblər).
Aral/Ural dağlarından şərqdəki Bəyaz Türklərin tarixi torpaqlarını (Basaran/Baraba düzündən Abu/Su-Ob çayının mənsəbinədək, I minillikdə Hun-Uyğur-Quz...etnosoylular yurdunu) amansız hərbi-silahlı basqınlarla işğal edən rus ordusu yerli Minsuluları, Çöl Türkləri/Yaşmaları...qəbilə-tayfa birliklərinə qarşı (hansı ki, tarixçi-etnoqraf V.N.Çernetsov (1905-1970, Abu/Su-Ob və İrtış çayı hövzəsində II-XIII əsrlərdə qədim Hun mədəniyyətinin olduğunu “Minsu xalqının folkloru” əsərində (1935) sübut etmişdir) amansız, kütləvi qırğınlar törətməklə:
-eyni zamanda rusların həmin ərazilərə yerləşdirilməsinə şərait yaradıblar;
-kökənli etnosların “mədəni soyqırımı”nı törətmişlər;
-Türk milli/mənəvi gələnəklərini köklü surətdə dağıtmışlar;
-süni surətdə epidemiya-yolxucu “xəstəliklər” yaymışlar;
-kökənli soyların demoqrafik böhran həddinə çatdırmışlar;
-məqsədli şəkildə minilliklərlə oturuşmuş həyat tərzinin mədəni təməllər, dil, ənənə, dini-sakral fəlsəfi dünyadərki...yox edilmişdir, müqvimət göstərənlər qətliamlara məruz qalmışlar.
XVI əsrdən sonrakı yüzilliklərdə çar Rusiyasının işğalçılıq siyasətini gözardı edən rus tarixçiləri və ictimai xadimlər əski Türkdilli xalqlara qarşı bu soyqırım faciələrinə haqq qazandırmağa və öz bəsit, dayaz...düşüncə tərzi ilə yozmağa çalışmışlar. “Rusiya dövlətinin tarixi” əsərinin müəllifi, çar Rusiyasının ilk rəsmi salnaməçisi N.İ.Karamzin (1766-1826) bu işğalı “....Rusiya üçün əldə edilən əbədi üstünlük, müdrik köçürülmə siyasəti...” kimi yazmış, tarixçi-arxivşünas P.İ.Butsinski (1853-1916) “Sibir tarixinə dair” əsərində (1893) “...azsaylı xalqların həyatında mütərəqqi hadisə....” adlandırmış, general-mayor, tarixçi M.M.Şerbatov (1733-1790) isə soyqırım qətliamlarını “....kortəbii qarşıdurmalar...” adı ilə “Qədim dövrlərdən Rusiya tarixi” toplusunda (1770-1791, bu xidmətinə görə 2-ci tarixi-salnaməçi hüququnu qazanmışdır) qələmə vermişdir.
2016-cı ilin oktyabr ayında Moskva şəhərində “Sibirin mənimsənilməsi” mövzusunda Strateji Araşdırmalar mərkəzində keçirilən Ümumrusiya elmi konfransında Tomsk Dövlət Universitetinin dosenti N.V.Matveyeva (1961), Rusiya EA-nın Ural bölməsinin elmi əməkdaşı A.Adamov və digər çıxışçılar hətta Sabir/Savur-Sibir xanlığının “gəlmələr” sayəsində yarandığını bildirmiş, kökənli xalqların tarixi-coğrafi irsini...şübhə altına almağa çalışmışlar. O dövrdə mərkəzin və “İmperiya irsi” tarixi cəmiyyətin rəhbəri olmuş, general-leytnant, dosent L.P.Reşetnikov (1947) bu “tədqiqatların, müzakirələrin əhəmiyyəti”ni “Rusiya tarixindən ağ ləkələrin silinməsi sahəsində” böyük uğur hesab etmişdir.
Munsulu/Hun, Yaşma/Quz....xalqlarının özəl yurdlarına rəğmən yaranmış mifoloji-etnomilli xalq yaddaşının bir nümunəsi xüsusilə tarixi dərs yükü dəyərindədir:
-Sabur/Sabir-Sibir xaqanı Köçəri/Kuçum xan Basaran düzündə (Abu/Su-Ob və İrtış çayları hövzəsinin cənub hissəsində)bir qala inşasını qərara alır. Qalaının əsas qapısının bünövrəsinin qoyulmasını ən güclü bahadurlarından birinə tapşırır və əmr edir ki, sübh namazından sonra kimi görəcəksə onu da bünövrədə basdırmalıdır. Ərən Türk Bahaduru həm də mərhəmətli olduğundan ilk gördüyü körpə uşağı basdırmağa ürəyi gəlmir, onun əvəzinə cocuğun yanında olan iti qala qapısının bünövrəsində basdırır. Köçəri/Kuçum xan bunu eşidir, acı təəssüflə bildirir ki, biz türklərin-Müsəlmanların haram qarışan torpaqda yeri olmayacaq, müqəddəs soyumuz olan yerlərə köçməliyik...
Göründüyü kimi, bəzi hallarda Türk humanizmliyi və Türk qüruru tarixi-coğrafi dövrlərdə bir sıra bağışlanılmaz səhflərə də vəsilə olmuşdur...
R.S. 2022-ci ilin aprel ayında rus quldur-kazak dəstələrinin işğal etdiyi Savur/Sabir-Sibir xanlığı ərazilərində sonrakı yüzilliklərdə kök salmış bu dəstələrin xələflərinin müasirlərindən təşkil edilmiş “Yermak” silahlıları Ukrayna Respublikasına qarşı içğalçılıq istilasında qəsbkar əcdadlarının “ənənə” daşıyıcıları kimi iştirak edirlər.