Millli konsepsiyamızın fəlsəfi əsasları: azərbaycançılılıq, türklük, islamlılıq və insanlıq


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

IV Yazı

Azər­bay­can və Türk­lük ide­ya­la­rı­nı qar­şı-qar­şı­ya qoy­maq üçün ön­cə, “Azər­bay­can” an­la­yı­şı Türk dil­lə­rin­də de­yil, Hind-Av­ro­pa dil­lə­rin­də izah olu­nur, üs­tə­lik Hind-Av­ro­pa mən­şə­li, eyni za­man­da Qaf­qaz­dil­li xalq­lar və et­nos­lar bu böl­gə­nin yer­li, ya­xud da da­ha qə­dim­dən gəl­miş “yer­li”, türk­lər isə on­lar­dan çox son­ra gəl­miş “vəh­­şi”, “bar­bar” xalq­lar ki­mi qə­lə­mə ve­ril­miş­dir. Bu­ra­da ən zə­rər­li ide­ya­lar­dan bi­ri də odur ki, gu­ya, “yer­li” və “mə­də­ni” qaf­qaz­di­lli­lə­ri, ya da da­ha qə­dim­dən “yer­li” ol­muş iran­dil­li­lə­ri (hind-av­ro­pa­lı­la­rı) çox son­ra­lar bu­ra­ya gəl­miş “bar­bar”, “vəh­şi” Türk xalq­la­rı zor­la türk­ləş­di­rib­lər. Baş­qa söz­lə, Qərb, Ru­si­ya ta­rix­çi­li­yi ən azı iki əsr­dən çox­dur dün­ya­ya sü­but et­mə­yə ça­lı­şır ki, gu­ya, Azər­bay­ca­na, Xo­ra­sa­na, Ana­do­lu­ya, İra­qa, Su­ri­ya­ya or­ta əsr­lə­rin baş­la­rın­dan eti­ba­rən əv­vəl­cə az-az, da­ha son­ra küt­lə­vi şə­kil­də köç edən türk­lər bu coğ­ra­fi­ya­da zor­la türk­ləş­dir­mə si­ya­sə­ti apa­rıb­lar, yə­ni qaf­qaz­dil­li­lə­ri, iran­dil­li­lə­ri, ərəb­dil­li­lə­ri zor­la türkş­ləş­di­rib, Türk di­lin­də da­nış­ma­ğa məc­bur edib­lər.

Şüb­hə­siz, Qərb və Ru­si­ya ideo­loq­la­rı, ey­ni za­man­da on­la­rın tə­si­ri al­tın­da olan­lar tə­rə­fin­dən Türk xalq­la­rı­nın bu coğ­ra­fi­ya­la­ra, o cüm­lə­­dən Azər­bay­ca­na “gəl­mə” ol­ma­sı ide­ya­sı­nın apa­rıl­ma­sı Türk ol­ma­yan di­gər xalq­lar­da və et­nos­lar­da türk­lə­rə qar­şı nif­rət his­si­nin aşı­lan­ma­sı­na xid­mət et­miş­dir və edir də.[1] Xü­su­si­lə də, Türk xalq­la­rı­nın, on­la­rın hökm­dar­­la­rı­nın qan içən, baş­kə­sən, vəh­şi ob­raz­lar­da qə­lə­mə ve­ri­lə­rək, zor­la türk­ləş­dir­mə si­ya­sə­tin­dən eni­nə-bo­lu­na bəhs olun­ma­sı, Türk xalq­la­rı­na qar­şı nif­rə­ti dur­ma­dan ar­tır­mış­dır.[2] Çün­ki Qərb, Ru­si­ya, Çin və baş­qa kon­sep­si­ya­­lar­da adə­tən Qaf­qaz­dil­li, İran­dil­li (hind-av­ro­pa­lı­lar), Sa­mi­dil­li xalq­lar Türk xalq­lar­­ı­na nis­bət­də da­ha mə­də­ni, si­vil xalq­lar və et­nos­lar ki­mi təq­dim olu­nur ki, bu­nun fo­nun­da hə­min xalq­lar on­la­rı “zor­la” türk­ləş­dir­miş “gəl­mə”, “bar­bar” türk­lər­dən hər bir für­sət­də in­ti­qam al­ma­ğa ça­lı­şır­lar.

De­mə­li, son iki əsr­dir ən azın­dan Qərb və Ru­si­ya qey­ri-türk xalq­­la­rın (qaf­qaz­dil­li, iran­dil­li, sa­mi­dil­li) hi­ma­yə­çi­si­nə çev­ri­lə­rək on­la­rı “gəl­mə” və “vəh­şi” Türk xalq­la­rın əsa­rə­tin­dən qur­ta­ra­ca­ğı­na əsa­sən inan­dı­ra bil­miş­dir. Hər hal­da, Qərb və Ru­si­ya­nın bu sa­hə­də apar­dı­ğı hər­bi-si­ya­si oyun­la­rın nəti­cə­si ola­raq 1925-ci il­də Qa­car Türk döv­lə­ti­­nin dev­ri­lə­rək onun ye­ri­nə iran­çı Pəh­lə­vi­lə­rin gə­ti­ril­mə­si, ey­ni za­man­da keç­miş Sə­fə­vi­lə­rin əra­zi­si­nin bir qis­min­də Gür­cüs­tan (qaf­­qaz­dil­li) və Er­mə­nis­tan (iran­dil­li, ya da ari­yan­çı) döv­lət­lə­ri­nin ya­ra­dıl­­ma­sı tə­sa­dü­fi ol­ma­mış­dır. Bu­na pa­ra­lel ola­raq da, XX əs­rin əv­vəl­­lə­rin­də Os­man­lı döv­lə­ti­nin əra­zi­sin­də ərəb­dil­li Su­ri­ya, İraq, Mi­sir döv­lət­lə­ri­nin mey­da­na çxma­sı və hazırda da Kür­düs­tan (iran­dil­li) pro­je­­si­nin or­ta­ya atıl­ma­sı ilk növ­bə­də, türk­süz­ləş­dir­mə si­ya­sə­ti ilə bağ­lı­dır.

Hə­qi­qət odur ki, “gəl­mə” və “bar­bar” he­sab olu­nan Türk xalq­la­rı əs­lin­də ya­şa­dıq­la­rı çoğ­ra­fi­ya­la­rın yer­li əha­li­si olub, üstəlik heç bir za­man zor­la türk­ləş­dir­mə si­ya­sə­ti apar­ma­mış, tam ək­si­nə son əsr­lər­də Qərb döv­lət­lə­ri və Ru­si­ya­nın bir­ba­şa iş­ti­ra­kı ilə Türk xalq­la­rı ara­sın­da türk­süz­ləş­dir­mə pro­se­si hə­ya­ta ke­çi­ril­miş, bu­nun nə­ti­cə­sin­də də on­lar­la mü­na­qi­şə ocaq­la­rı ya­ran­mış­dır. Son iki əsr­də bi­zi da­ha çox ma­raq­lan­dı­ran böl­gə­də, yə­ni vax­ti­lə Qəz­nə­vi­lər, Səl­cuq­lar, El­xa­ni­lər, Ba­har­lı­lar, Ba­yan­dur­lu­lar, Sə­fə­vi­lər, Əf­şar­lar, Qa­car­lar və baş­qa Türk döv­lət­lə­ri­­nin ha­kim ol­duq­la­rı coğ­ra­fi­ya­lar­da Er­mə­nis­tan, Gür­cüs­tan ki­mi dövlətlərin or­ta­ya çıx­ma­sı, üs­tə­lik di­gər qon­dar­ma “döv­lət”cik­­lə­rin qu­rul­ma­sı is­ti­qa­mə­tin­də də iş­lə­ri­nin gö­rül­mə­si, ye­nə də türk­süz­ləş­dir­mə si­ya­sə­ti ilə bağ­lı­dır. Bu o de­mək­dir ki, Qərb və Ru­si­ya Sa­mi xalq­lar ara­sın­da, xü­su­si­lə ərəb­dil­li­lə­rin ya­şa­dı­ğı coğ­ra­fi­ya­lar­da xey­li də­rə­cə­də türk­süz­ləş­dir­mə si­ya­sə­ti­ni uğur­la hə­ya­ta ke­çir­dik­dən son­ra, in­di da­ha çox iran­dil­li­lə­rin, qis­mən də qaf­qaz­dil­­li­lə­rin az­lıq ola­raq ya­şa­dıq­la­rı çoğ­ra­fi­ya­lar­da türk­süz­ləş­­dir­mə si­ya­sə­ti­ni apar­maq­da­dır. Bu mə­sə­lə­də Qərb döv­lət­lə­ri ilə Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın ma­raq­la­rı bə­zi hal­lar­da üst-üs­tə düş­mə­sə­də, an­caq prin­sip eti­ba­ri­lə türk­süz­ləş­dir­mə si­ya­sə­tin­də or­taq möv­qe tut­maq­da­­dır­lar. Çün­ki on­la­rı da­ha çox na­ra­hat edən baş­lı­ca mə­sə­lə Türk xalq­la­rı­nın ərəb­dil­li, iran­dil­li, rus­dil­li, qaf­qaz­dil­li xalq­lar­la bir­gə ya­şa­dıq­la­rı çoğ­ra­fi­ya­lar­da in­di­yə qə­dər apa­rıl­mış və apa­rıl­maq­da olan türk­süz­ləş­dir­mə­yə bax­ma­ya­raq, əsas güc ola­raq ye­ni­dən to­par­la­nıb dün­ya­da su­per güc­lər­dən bi­ri­nə çev­ril­mə­si po­ten­sia­lı­dır.

Biz də, zər­rə qə­dər şüb­hə et­mi­rik ki, Türk xalq­la­rı­nın dün­ya­da ye­ni bir gü­cə çev­ril­mə­si yo­lun­da ta­ri­xi döv­lət­lə­ri­mi­zin mə­rkə­zi olan “ta­ri­xi-coğ­ra­fi Azər­bay­can”ın, Azər­bay­can türk­lə­ri­nin, ümu­mi­lik­də bu coğ­ra­fi­ya­da­kı Türk xalq­la­rı­nın önün­də çox cid­di bir mis­si­ya da­yan­maq­da­dır. Bu mis­si­ya da on­dan iba­rət­dir ki, So­vet Ru­si­ya­sı­nın müs­təm­lə­kə­­çi­li­yin­dən qur­tu­la­raq ta­ri­xi döv­lət­lə­ri­mi­zin mə­kə­zi olan Azər­bay­ca­nın ki­çik bir his­sə­sin­də, yə­ni Azər­bay­ca­nın qu­ze­yin­də mil­li müs­tə­qil­li­yi­ni bər­pa et­miş Azər­bay­can türk­lə­ri, Azər­bay­can xal­qı, onun ta­ri­xən və döv­lət­çi­lik ba­xı­mın­dan ay­rıl­maz his­sə­si olan Azər­bay­ca­nın gü­ne­yin­də və di­gər əra­zi­lə­rin­də də döv­lət­çi­li­yi­ni bər­pa et­mə­li­dir. Doğ­ru­dur, Azər­bay­ca­nın qu­ze­yin­də mü­sət­qil­­li­yi­mi­zi bər­pa et­mək bi­zə çox ba­ha ba­şa gəl­miş­dir ki (hər hal­da doğ­ma tor­paq­la­rı­mı­zın hesabına ya­nı ba­şı­mız­da dün­ya­nın ta­nı­dı­ğı Hind-Av­ro­pa mən­şə­li bir Er­mə­nis­tan ol­du­ğu hal­da, Ru­si­ya­nın, Fransanın, İran İslam Respublikasının və digər ölkələrin dəs­tə­yi ilə Qarabağda daha bir erməni dövləti yaradılmağa çalışıl­mışdır. Ancaq 2020-ci ilin payızında gerçəkləşən II Qarabağ müharibəsi, ya da 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ilin 19 sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə qondarma erməni rejimi tamamilə məhv edilmişdir. Bundan sonra da həmin qondarma rejim dünya qarşısında qeyri-qanuni fəaliyyətinə xitam verdiyini bəyan etmişdir), Azər­bay­ca­nınn gü­ne­yin­də də ye­nə Hind-Av­ro­pa mən­şə­li xalq­la­rı, xü­su­si­lə də kürd­lə­ri bir maşa kimi türk­süz­ləş­dir­mə, o cüm­lə­dən azər­bay­can­sız­laş­dır­ma si­ya­sə­tin­i həyata keçirmək yolunda is­ti­fa­də et­mə­yə ça­lı­şır­lar. Bu məqsədlə də, Azərbaycanın güneyində (Urmiya və ətrafında) sürətlə kürdləşdirmə, erməniləşdirmə prosesi həyata keçirilmək­dədir.

Azər­bay­can xalqının, Azərbaycan türk­lə­ri­nin ya­şa­dı­ğı bö­yük bir are­al­da ta­ri­xi, hü­qu­qi var­lı­ğı­mı­zı ye­ni­dən or­ta­ya qoy­maq üçün iki önəm­li ide­ya var­dır: Azər­bay­can­lıq və Türk­lük. Son iki-üç əsr­də Qərb və Ru­si­ya ideo­loq­la­rı tə­rə­fin­dən ya Qor­di dü­yü­nü ki­mi do­laş­dı­rı­lan (Azər­bay­ca­nizm), ya da nif­rət ob­yek­ti­nə çev­ri­lən (Türk­lük) da­ha çox bu ide­ya­lar­dır. Bu ba­xım­dan indi­yə qə­dər mü­əl­li­fi ol­du­ğu­muz bir çox mə­qa­lə və ki­tab­lar­­da da əsa­sən Azər­bay­ca­nizm və Türk­lük ide­ya­­la­rı­na ay­dın­lıq gə­tir­məyə ça­lış­ma­ğı­mız, əsil mahiyyəti ortaya qoymaq istəyimiz tə­sa­dü­fi ol­ma­mış­dır.

Ha­zır­da Bö­yük Azər­bay­ca­nı­mı­zın yal­nız ki­çik bir his­sə­sin­də müs­tə­qil­li­yi­mi­zi bər­pa et­mi­şik ki, bu, mil­li hə­də­fə çat­maq uğrun­da mü­ba­ri­zə­mi­zin ilk ad­dım­la­rın­dan bi­ri­dir. Şüb­hə­siz, Azər­bay­ca­nı­mı­zın vax­ti­lə çar Ru­si­ya­sı və So­vet Ru­si­ya­sı­nın işğa­lı al­tı­na qa­lan, son­ra­lar da­ha çox Qu­zey Azər­bay­can ki­mi ad­lan­dı­rı­lan his­sə­si­nin ta­ma­mi­lə ol­ma­sa da, bö­yük qis­min­də müs­tə­qil döv­lət­çi­li­yin bər­pa­sı çox mü­hüm bir ha­di­sə­dir. Bü­tün hal­lar­da müs­tə­qil döv­lə­ti­mi­zi Bü­töv Azər­bay­can­­mı­zın və Türk döv­lət­çi­li­yi­mi­zin çox ki­çik bir əra­zi­sin­də bər­pa et­mə­yi­­mi­zin özü də, mü­hüm bir fakt­dır. Be­lə ki, Azər­bay­can türk­lə­ri ona qo­hum olan di­gər Oğuz-Qıp­çaq boy­la­rı ilə bir­lik­də ən azın­dan XIX əs­rə qə­dər, bu böl­gə­də bö­yük döv­lət­lə­rə və ge­niş çoğ­ra­fi­ya­la­ra sa­hib ol­muş­dur. An­caq XVIII əs­rin ikin­ci ya­rı­sın­da baş ve­rən par­ça­lan­ma­lar, yə­ni Türk döv­lət­lə­ri­nin ye­ri­ni xan­lıq­la­rın tut­ma­sı, üs­tə­lik Ağa Mə­həm­məd şah Qa­ca­rın ye­ni bö­yük Türk döv­lə­ti­ni qur­maq yo­lun­da mü­ba­ri­zə­si­nin 1797-ci il­in iyunun­da Şu­şa­da ona olan sui-qəsd nə­tis­cə­sin­də ya­rım­çıq qal­ma­sı və Az­ər­bay­ca­nın önəm­li bir qis­mi­nin çar Ru­si­ya­sı tə­rə­fin­dən iş­ğa­lı bu­gün­kü ya­rım­çıq­lı­ğı­mı­zın, na­ta­mam­­lı­ğı­mı­zın əsa­sı­nı qoy­muş­dur.

Biz­cə, bu ya­rım­çıq­lıq komp­lek­si­nin əsas ma­hiy­yə­ti­ni bir tə­rəf­dən Türk döv­lət­çi­li­yi­nin zə­if­lə­mə­si, di­gər tə­rəf­dən isə onu təm­sil edən Qa­car­lar Türk döv­lə­ti­nin Baharlılar, Bayandırlılar­, Sə­fə­vi­lər və baş­qa Türk döv­lət­­lə­rin­­dən fərq­li ola­raq Av­ro­pa­nın iki güc­lü im­pe­ri­ya­sı: Bö­yük Bri­ta­ni­ya və Çar Ru­si­ya­sı (son­ra­lar az-çox Fran­sa, Al­ma­ni­ya və baş­qa Av­ro­pa döv­lət­lə­ri­nin də Qacar­la­ra mü­na­si­bət­də mən­fi möv­qe­yi olub) tə­rə­fin­­dən dai­ma təh­did təş­kil et­mə­si ol­muş­dur. Məhz bu zə­if­li­yin və təh­did­lə­rin nə­ti­cə­si ola­raq Qa­carlar Türk döv­lə­ti həm Azər­bay­ca­nın bir his­sə­si­nin iş­ğa­lı ilə ba­rış­dı, həm də iran­çı­lıq (ar­yan­çı­lıq) və şiə­çi­lik (fars zər­düş­tiz­mi) ideo­lo­ji­lə­ri­nin qur­ba­nı ol­du. Bir tə­rəf­dən iran­çı­lıq, di­gər tə­rəf­dən İs­lam di­ni­nin bu­ra­da əs­lin­də şiə­çi­lik adı altın­da fars zər­düş­tiz­mi­nə ta­be et­diril­mə­si ilk növ­bə­də, Azər­bay­can­lıq və Türk­lük ide­ya­la­rı­na cid­di zər­bə vur­muş­­du. Be­lə ki, Türk ma­hiy­yət­li Azər­bay­­can­la Türk­lük an­la­yış­­la­rı­na qar­şı ye­ni bir “Xaç­lı yü­rü­şü” baş­lan­dı ki, bu­nun da ba­şın­da Çar Ru­si­ya­sı və Bö­yük Bri­ta­ni­ya­nın da­yan­ma­sı heç kə­sə sirr de­yil. Sa­də­cə, Çar Ru­si­ya­sı öz ma­raq­la­rı­nı bu­ra­da hə­yat ke­çir­mək üçün bir, Bö­yük Bri­ta­ni­ya isə di­gər bir yol seç­miş­di. On­lar­la ya­na­şı bu böl­gə­də ak­tiv rol oy­na­maq is­tə­yən Fran­sa, Al­ma­ni­ya və di­gər öl­kə­lər­də Azər­bay­­ca­nizm və Türk­lük mə­sə­lə­­lə­rin­­də ey­ni oyunları, an­caq bir qə­dər fərq­li şə­kil­də hə­ya­ta ke­çi­rib­lər və keçir­mə­yə də da­vam edir­lər.

[1] Elçibəy Əbülfəz. Bütöv Azərbaycan yolunda., Bakı, “Nurlar”, 2004, s.64-72

[2] Cavid Hüseyn. Əsərləri. Beş cilddə. II cild. Bakı, “Lider” nəşr., 2005, s.70


MANŞET XƏBƏRLƏRİ