Sabur/Sabir və yaxud Sibir xanlığına qarşı soyqırım qətliamları



Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Tarixdən məlumdur ki, V.T.Alenin yürüşlərinədək, yəni, XIV, XV, XVI əsrlərdə Moskva knyazlığına bitişik Noqay xanlığı, Aral/Ural və Savur/Sabir-Sibir hakimlərinin bəzi nümayəndələri (sıx iqtisadi-ticarət əlaqələrinə malik olan Türkdilli icmalar) vergi-yasaq asılığı yaşayıblar, onların ərazilərində xristian emissarları olub, bəziləri hətta, Moskva knyazından asılı idi...

Aral/Ural dağlarından şərqə doğru nəhayətsiz ərazilər...Abu-Su/Ob çayı hövzəsi, üfüqləri aşıb-daşan cənubi Savur/Sabir-Sibir düzəngahı Türk xalqlarının məskunlaşmasında minilliklərlə tarixə malik olmaqla, həm də qədim dövrlərin ardıcıl Təbəddülat mərhələlərini özündə birləşdirir. Əski Türkdilli Uğur, Hun-Quz-Sak/Saxa...etnik qövmlərinin sələfləri və xələfləri ümumilikdə Bəyaz Türklər, Göy Türklər, Sarı Türklər, Çöl Türkləri...adlanmaqla Böyük Ümman sahillərindən Avropa qitəsinin Batı hissəsinədək coğrafi əraziləri tutmuş, bu ərazilərdə kökənli etimoloji anlamda toponimlərin yaranması ilə şifahi/yazılı, tarixi-xronolji...salnamə irsi formalaşıb.

X-XI əsrlərdən başlayaraq Şimal və Varyaq (sonralar “Baltik” adlanıb) dənizləri ətrafında, Skandinaviya yarımadasında yaşayan, German etnosunun törəmələri-roslar/varyaqlar adlandığından və sonuncuların başçılıq etdiyi ərazilərdə yaşayanlar roslar/ruslar adlanmış, əsasən meşə-tundra çöllərində çapançılıqla, quldurluqla, yol kəsməklə, qarət və qətllərlə məşğul olmuşlar...bu yolla qonşu yerlərə yayılmışlar (ilk dövrlərdə İtil/Volqa çayının yuxarı hövzələrinə). Hətta, X-XIII əsrlərdə Bizans dövlətinin ordu sıralarında onlardan istifadə edilmiş, varyaqlardan yığılmış xüsusi hərbi dəstələr yaradılmışdır.

Sonrakı mərhələ artıq məlum tarixdir...və Rusiya XV əsrdən dövlət kimi mövcud olub. Həmin varyaq törəmələri artıq XVI əsrdən başayaraq əski Türk-Müsəlman ərazilərinin işğalını, kökənli xalqlarına qarşı dini-irqi, milli-mədəni... soyqırım faciələrinı həyata keçirmişlər. Sarı və Bəyaz Türklərin (Hunların, Quzların, Basaran Türklərinin, Uyğuir/Hunların, Moğol/Biçənək-Qıpçaq...qəbilə-tayfa İttifaqlarının....) soyqırımı və Vətənlərinin (Abu-Su/Ob, Təbil və İrtış çayları hövzələri, Sarı Arxa çölləri, Ulu-Dağ ətəkləri...) işğalı Orta Əsrlər tarixinin son mərhələsində baş vermiş Milli-Etno faciələrdir.

Çar Rusiyasının işğalçılıq mərhələsi 1580-1590-cı illər xüsusilə fərqlənir, belə ki, XVI əsr Türküstan diyarının işğalını qələmə alan İngilis səyyahı və diplomatı C.U.Qorsey (1548-1632, Rusiya mənbələrində “Yermey Ulyanov” adı ilə yazılır) “Rusiya haqqında qeydlər”də yazır ki, Rusiya çarı bu ərazilərin işğalı şərəfinə 31 may 1584-cü il günündə Troits/Sergeyev məbədində ibadət mərasimində olduqdan sonra, hərbi iradəsi sayəsində mövqeyini gücləndirmək üçün Savur/Sabir-Sibir xanlığına knyaz B.F.Qodunovun (1552-1605) rəhbərliyi ilə ordu dəstələri göndərdi və beləliklə, il yarım ərzində sərhədlərini 1000 mil artıra bildi...

Silahlı-quldur dəstələrinin vəhşiliyi, kökənli Türk əhalisinə qarşı qaniçənliyi ilə seçilən dəstə başçılarından V.B.Sukin (1550-1612, 29 iyul 1586-cı ildə Tümən şəhərinin işğalçısı), İ.N.Myasnoy (1540-1600, Tümən şəhərində “rus qalası” inşa etdirib), D.D.Çulkov (1534-1590, 1587-ci ildə odlu silahlarla Çingiz-Törə şəhərini (indiki Tümən/Tümen) oda qalayıb...Təbil çayını əsirlərin gücü ilə Təbil şəhərində (indiki Tobolsk) müdafiə istehkamı tikmişdir)... kimi kazak başçıları ilə yanaşı, Yermak da azğınlığı və talançılığı ilə fərqlənmiş, hətta öldürülməsi belə tamahının ucbatından Köçəri/Kuçum Murtuza xan oğlunun (1540-1600) göndərdiyi kəşfiyyat dəstəsinin təkliflərinə (qızıldan hazırlanmış qadın heykəlin ələ keçirilməsi adı ilə) razılığı ucbatından olmuşdur. Rus tarixçiləri Çingiz-Törə şəhərini (“tümen”) bu diyarın “birinci rus şəhəri” adlandırsalar da, əslində Törə çayı sahilindəki bu qədim Türk/Moğol şəhərinin əsası 1220-ci ildə Taybuq xan tərəfindən qoyulub, Çingiz xanın şərəfinə, eləcə də, əski Aşina tayfasının hakimi Tümən Yolluq xan oğlunun (490-552) da ismi unudulmayıb (akademik Q.F.Müller (1705-1783, “Sibir tarixi” əsəri, 1750).

Yazılı mənbələrdə bildirilir ki, rus-kazak quldur dəstələrinin odlu silahlarla təchizatı və Avropanın peşəkar hərbiçilərindən ibarət bölmələrinin iştirakı onların qələbəsini təmin etmişdir. Belə ki, Noqay xanlığı (əski Türkdilli Min Qurdların törənləri) ordusunun (paytaxtı Saraycıq çəhəri olan bu xanlıq 1577-ci ildə Rusiya dövləti tərəfindən zəbt edilib, 10 min nəfərə qədərkökənli əhalisi 01 oktyabr 1783-cü ildə Manıç düzündə general A.V.Suvorovun (1729-1800) amansız qətliamları ilə “soyqırım faciəsi”nə məruz qalıb) Livon müharibəsində iştirakı nəticəsində ələ keçirilən alman, norveç, polyak, latış...əsilli əsgər-zabit heyəti məhz Yermakın rəhbərliyi ilə Savur/Sabir-Sibir haklmi Köçəri/Kuçum xanın üzərinə yerimiş, dövlətini süquta uğratmış, 30 min nəfərdən çox əhalisini qətliam etmişdir.

Haşiyə. Savur/Sovur-Sibir düzünün hündür təpələri ilə Quzey və Güney hissələrə ayrılan eyni adlı geniş düzəngahda Təbil, İrtış və Abu-Su/Ob çayları hövzəsinin 600 min kv.km-ə qədər sahəsini tutan, əhalisinin saöı 30 min nəfərdən çox, paytaxtı Qaşlıq (Əsgər) şəhəri olan Sabir/Sibir xanlığı güclü Türk-Moğol dövlətinin parçalanmasından sonra Gücüm Murtuza oğlunun dövründə yaranmış, mərkəzləşmiş, siyasi-hərbi, iqtisadi-mədəni əlaqələri geniş olan regional dövlətə çevrilmişdir.

Bu mərhələ tarixi gedişatın dəyişildiyi dövrə tuş gəldiyindən Türk-Müsəlman xalqlarına qarşı Rusiya işğalına səbəb olmuşdur. XV-XVI əsrlərdə “Böyük Coğrafi Kəşflər” Avropada müstəmləkə dövlətlərinin artımına, onların zənginləşməsinə, yeni-yeni torpaqlar ələ keçirməsinə səbəb olduğundan Rusiyanın da oxşar niyyətə düçməsi təsadüfi deyil, cox təəssüf ki, onun hədəfində Asiya qitəsinin yarıdan çox hissəsini tutan Türk-Müsəlman coğrafiyası olub...

Güclü dövlətçilik gələnəklərini yaratmış Türk-Moğol sülalələri içərisində Çingiz xanın (adın etimoloji kökündə “Hun” və “Quz” isimləri durur) 5-ci oğlu Cucinin nəticəsi Köşəri/Gücüm xanın-Şeybanilər sülaləsinin hakim olduğu Savur/Səbir-Sibir xanlığı rus işğalçılarına qarşı güclü müqavimət göstərmiş, dövrün hərb təlimlərinə uyğun olaraq müdafiə-hücum əməliyyatlarına bilavasitə özü rəhbərlik etmişdir.

Abu-Su/Ob və Yeni Su/Yenisey çayları arasında geniş güzəhgahın kökənli Türk xalqlarına qarşı rusların quldur dəstələrinin hücumunu, yerli əhalinin amansız qətliamlarını, iri yaşayış və ticarət məntəqələrinin oda qalanması, yerində istehkamlarını tikilməsini...ilk rəsmi rus tarixi salnaməçisi yazıçı-tarixçi N.M.Karamzin (1766-1826) “Rusiya dövlətinin tarixi” əsərində (IX cild, VI fəsil, “1581-1584-cü illərdə Sibirin fəthi”) bu əraziləri Türk xalqlarının torpaqğı adlandırsa da, işğalı qeyd və İspanların Karib dənizi hövzəsində Türksoylu İnklərə qarşı vəhşilikləri ilə müqayisə etsə də, Yermakı F.Pisarroya (1471-1541, Cənubi Amerikada Türk/İnk imperiyasını süquta uğradan ispan müstəmləkəçilərinin hərbi rəhbərlərindən biri) bənzətsə də, yenə də işğala/soyqırımına haqq qazandırmış, quldurbaşını “müdrik”, “məğlubedilməz”, “cəsur”...kimi qiymətləndirmiş, işğalı “Rusiya dövlətinin xilası naminə dövlət akt”ı adlandırmışdır...

Üst Tunc dövründən (e.ə. I minillikdən) məskunlaşan Sabur/Sabir-Sibir xanlığı torpaqlarının iri şəhərlərinin (paytaxt Əsgəriyyə/Qaşlıq-İsker XIII əsrin böyük siyasi, ticarət, mədəniyyət, elm...mərkəzi olmaqla Cuci xanın (1117-1227) oğlu Şeybani xanın (1216-1246) iqamətgahı olub, İlim çayının mənsəbində salınmış Qızıl Törə sənətkarlığın və ticarətin inkişaf etdiyi şəhər idi, Narın, Surqut...xəz dəri istehsalı mərkəzləri olub) işğal edən Rusiya dövləti həm də çox xərc çəkmədən Avropa bazarlarına qiymətli xammal məhsullarının çıxarılmasında üstünlük qazanmış oldu. Müasir Təbil/Tobolsk şəhərindən 17 km aralıda “Köçəri/Kuçum xan şəhərinin arxeoloji abidələri” qalmaqdadır. Ən ağır döyüşlər Çuvaş-Törə şəhərciyində olub, bu meydanda ağır yaralanan Məhəmmədqulu Ataqulu xan oğlu (1534-1618, Köçəri xanın qardaşı oğlu) ruslar tərəfindən əsir götürülərək, çarın hüzuruna göndərilib..

.Haşiyə. Rus işğalçıları Haqqa sədaqətli Türk xalqına qarşı hiyləgərlikdən də istifadə edib, belə ki, D.D.Çulkov 1587-ci ildə odlu silahlarla Çingiz-Törə şəhərini tutduqdan sonra, növbəti mərhələ üçün Təbil çayı sahilində müqavimət göstərən Seyid Əhmədə barışıq üçün təklif verib, onu qonaq çağırıb. Bir neçə səlahiyyətli tayfa nümayəndəsi ilə (Uraz Məhəmməd bəylə, Qədirqulu Cəlayır ilə...) görüşə gələnləri rus kazakı əsir götürür, Moskva şəhərinə göndərir, bundan sonra Əskəriyyə şəhəriniin işğalı xeyli asanlaşıb...

Münbit və geniş düzənliklər hüdudları boyunca İtil/Volqa çayı hövzəsində, Aral/Ural dağları boyunca və ondan şərqə doğru əski Türk xalqlarının torpaqlarını işğal etməklə, kökənli uluslarının soykökünü kəsməklə, xəzinələrinə qarət etməklə....kazak qüvvələrindən istifadə etməklə dövlət quran çar Rusiyasına tarixi, siyasi, hüquqi qiymət verən fransız mənşəli hərbi tarixçi A.A.Qordeyev (1886-1977) III hissədən ibarət “Rusiya kazaklarının tarixi” əsərində (Paris ş., 1968-1970) yazıb:

-Noqay düzü, Volqa-Ural arası və arxası ərazilərinə hərbi yürüşlər edən Yermak Moskva knyazlığının Türklərə qarşı siyasətini pozmuşdur, onun qələbələri çar Fərmanlarının əksinə olmuşdur.

Təbii ki, bir nəfərin etirafı böyük bir dövlətin ilk növbədə Aral/Ural dağlarından şərqə doğru Türk uluslarına qarşı rus işğalçılarının 13 iyun 1579-cu ildən başlayan hərbi yürüşləri Sabir/Sovur-Sibir xanlığının tarixi dövlət quruculuğuna, milli-mədəni irs zənginliyinə, dini-sakral dəyərlərinə, iqtisadi-ticarət ənənələrinə..., 100 min nəfərlik Türk soylu xalqlarına (Sarı, Çöl və Bəyaz Türklər, Hun-Quz, Uyğur, Minsulu...) qarşı işğalçılıq/soyqırım siyasətinə haqq qazandıra bilməz...

Sonrakı mərhələlərdə Sabir/Sovur-Sibir xanlığına qonşu olan Türk uluslarına (Türkay keçidi və Basarn düzü, Dəşti-Qıpçaq çölləri, Yeni Su-Yenisey çayı hövzəsi, Ulu Tanrı/Tenqri dağları əhatəsi...) yönəlik hərbi-siyasi işğalçılıq yürüşləri davam etdirilmiş, əski mədəniyyət-təbəddülat dövrünü yaşadan Türk elatlarının zəngin hüdudları çar Rusiyasına zorla birləşdirilmiş, kökənli qövmünə amansız qətliamlar/soyqırım faciələri yaşadılmışdır.

(ardı var)


MANŞET XƏBƏRLƏRİ