İran Xarici İşlər Nazirliyi-nin sözçüsü İsmayıl Bekayi bildirib ki, ABŞ ilə aparılan danışıqlarda alınan son cavab hazırda ekspertlər tərəfindən qiymətləndirilir və Tehran yekun mövqeyini daha sonra diplomatik kanallar vasitəsilə bildirəcək.
Turkustan.az xəbər verir ki, İran-ın rəsmi xəbər agentliyi IRNA-ya istinadən yayılan məlumata görə, Bekayi Tehranda keçirilən həftəlik mətbuat konfransında regional proseslər və ABŞ-la mesaj mübadiləsi barədə danışıb.
O qeyd edib ki, Pakistan-ın vasitəçiliyi ilə ABŞ-la diplomatik əlaqələr davam edir və hazırkı mərhələdə əsas müzakirə mövzusu yalnız müharibənin dayandırılmasıdır.
Bekayi vurğulayıb ki, nüvə zənginləşdirməsi ilə bağlı mediada yayılan iddialar doğru deyil və bu məsələ danışıqların gündəmində yer almır. Onun sözlərinə görə, “hazırda yalnız müharibənin tam dayandırılması müzakirə olunur.”
Aytən Yaşar/ Turkustan.az