ŞOK: Enişə keçən təyyarə TIR-la toqquşdu – VİDEO


ABŞ-da “United Airlines” hava yolu şirkətinə məxsus sərnişin təyyarəsi enişə yaxınlaşma zamanı təhlükəli hadisə ilə üzləşib.

Turkustan.az xəbər verir ki, Venesiyadan “Newark Liberty” Beynəlxalq Hava Limanına uçan “Boeing 767-400” tipli təyyarə Nyu-Cersi magistralı üzərindəki işıq dirəyinə və TIR-a çırpılıb.

Hadisə təyyarə 29-cu uçuş-enmə zolağına yaxınlaşarkən baş verib. Şahidlərin sözlərinə görə, təyyarə avtomobil yolunun üzərindən olduqca aşağı hündürlükdə uçuş edib. Təyyarədə 221 sərnişin olub, lakin onların heç biri zərər görməyib. Aviaşirkət təyyarənin problemsiz şəkildə zolağa endiyini və normal prosedurla dayanacağa yönləndirildiyini açıqlayıb. İlkin yoxlamalara əsasən təyyarəyə az ziyan dəyib.

Nyu-York və Nyu-Cersi Liman İdarəsi təyyarənin toxunduğu işıq dirəyi ilə yanaşı, magistralda hərəkətdə olan yük maşınının da zərər gördüyünü açıqlayıb. Yük maşınının sürücüsü yüngül xəsarət alaraq xəstəxanaya aparılıb, daha sonra evə buraxılıb.

Hadisədən sonra Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən genişmiqyaslı araşdırmaya başlanılıb. Aviaşirkət də texniki heyətin təyyarədəki ziyanı qiymətləndirdiyini və hadisənin səbəblərinin araşdırıldığını bildirib.


MANŞET XƏBƏRLƏRİ