Çində fişəng fabrikində partlayış: 21 nəfər həlak oldu


Çinin cənubundakı Hunan əyalətində fişəng fabrikində baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, Xinhua agentliyinin məlumatına görə, dünən axşam saatlarında əyalətin inzibati mərkəzi Çanşa şəhərinin Liuyanq qraflığında fişəng fabrikində partlayış baş verib.

Yerli Fövqəladə Halların İdarə Edilməsi Agentliyi partlayış nəticəsində 21 fabrik işçisinin öldüyünü, 61 nəfərin isə yaralandığını bildirib.

Hadisədən sonra əraziyə yanğınsöndürmə və təcili yardım qrupları göndərilib və axtarış-xilasetmə əməliyyatları davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ