Kremlin Ermənistanda qurduğu oyun – SİYASİ ŞƏRH


“Ermənistanda, İrəvanda keşirilən “Avropa Siyasi Birliyi” sammiti, seçki öncəsi Paşinyana ciddi dəstəkdir və bu yaxşıdır, sülh prosesi davam etməlidir. Seçkidə digər xarici “oyunçu” isə Rusiyadır, Kremlin qurduğu oyun fərqlidir, qısa izah etməyə çalışacam”.

Turkustan.az xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, İrəvan iqtisadiyyatının 70 faizi Kremldən asılıdır:

“Aydındır ki, Rusiya ilə İrəvan arasında ciddi fikir ayrılıqları var, amma bu o demək deyil ki, Rusiya Ermənistanı tamamilə əlindən çıxarıb. Rusiyanın Ermənistanda hərbi bazaları var, iqtisadiyyatının 70 faizindən çoxu onlardan asılıdır.

Rusiya fərqli münasibət sərgiləyir, "ruspərəst" qüvvələrin Ermənistanda seçki yolu ilə hakimiyyətə gəlməsinin mümkün olmadığını anlayırlar, çünki cəmiyyət də son 200 ildə ilk dəfədir ki, kifayət qədər Rusiyadan narazıdır.

Moskva anlayır ki, Ermənistanda hakimiyyətə Paşinyana alternativ ola biləcək daha çox qərbpərəst qüvvələr gələ bilər. Bu nöqteyi nəzərdən Kreml Paşinyana müəyyən təzyiqləri əlində saxlamaqla onun hakimiyyətdə qalması ilə barışıb.

Fikrimcə Rusiyanın strategiyası Paşinyan komandasına təsir rıçaqlarını əlində saxlamaqla daha qərbpərəst qüvvələrin hakimiyyətə gəlməyinin qarşısını almaqdır”. /Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ