Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib ki, ənənəvi müttəfiqlik münasibətlərində gözlənilən səviyyənin aşağı olması artıq hiss olunur və bu vəziyyət Avropanın daha güclü rol oynamasını zəruri edir.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, NATO daxilində Avropa daha çox məsuliyyət götürməlidir.
Starmer bu fikirləri Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvəsi çərçivəsində təşkil olunan paneldə səsləndirib. O vurğulayıb ki, bu platforma Avropa liderlərini bir araya gətirərək iqtisadiyyat, enerji və qeyri-qanuni miqrasiya kimi ümumi problemlərin müzakirəsi üçün mühüm imkan yaradır.
Baş nazir qeyd edib ki, son aylarda qlobal vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Ukraynadakı müharibənin beşinci ilə keçdiyini və Yaxın Şərqdə, xüsusilə İran ətrafında gərginliyin davam etdiyini deyən Starmer əlavə edib ki, bu proseslər Böyük Britaniyada iqtisadi proqnozlara da ciddi təsir göstərib.
Aytən Yaşar/ Turkustan.az