Hizbullah-ın baş katibi Naim Qassem bildirib ki, təşkilat nəticə verən və Livanın maraqlarını qoruyan dolayı danışıqlar formatını dəstəkləyir, birbaşa danışıqları isə “qarşılıqsız güzəşt” və faydasız hesab edir.
Turkustan.az xəbər verir ki, Qasimin yazılı açıqlaması təşkilatın sosial media hesabında yayımlanıb. O qeyd edib ki, region hazırda təhlükəli mərhələdən keçir və İsrail-in hücumları ABŞ-ın dəstəyi ilə davam edir.
Qassem vurğulayıb ki, Livanda faktiki atəşkəs yoxdur: “Əksinə, İsrail-ABŞ hücumları davam edir. Mülki əhalinin, yaşayış məntəqələrinin hədəfə alınması və insanların öldürülməsi qınanmalıdır.” O əlavə edib ki, Livan öz təhlükəsizliyi və suverenliyi üçün təminatlara ehtiyac duyur.
Hizbullah lideri həmçinin bildirib ki, Livan 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasına sadiq qalıb, lakin İsrail bu razılaşmanı dəfələrlə pozub.
Aytən Yaşar/ Turkustan.az