Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
IV Yazı
Mart soyqırımı
1917-ci il oktyabr ayının 25-də baş vermiş Oktyab dövlət çevrilişi ilə Rusiya Sovet Respublikası yaradıldı. Bolşevik hakimiyyəti sivilizasiyanı məhv etməyə başladı.Hər yerdə daha tez-tez belə şüarlar eşidilirdi: yeraltı və yerüstü sərvətlər,şəxsi əmlak,torpaq sahələri,bağlar və sairə ümumiləşdirilsin.
Bakı banklarında olan bütün pullar bu dövriyyədə olan vəsait sovet Respublikasının əmlakı elan edildi.
Bütün şəxsi əmlakın-yaşayış evlərinin,atların,iri buynuzlu heyvanların, maşınların müsadirəsi ilə kifayətlənməyən bolşeviklər daha uzağa getdilər- onlar əslində adamları müsadirə etməyə başladılar-əhalinin bir hissəsini zorla ordu sıralarına çəkdilər,qalanları isə sovet respublikasının xeyrinə işləməyə məcbur etdilər.Sözün qısası,kommunist prinsipləri özünün bütün amansızlığı və ən şiddətli cəza tədbirləri ilə yerli əhaliyə tətbiq edildi.Bu prinsiplərə uyğunlaşmaq müsəlmanlar üçün xüsusilə çətin və ağrılı proses idi,çünki Şəriətin qanunlarına müvafiq olaraq onlar başqalarının hüquqlarına hörmət etməli,başqalarının əmlakına toxunmamalı idilər.Onlar yaramaz bolşevik prinsiplərinə əməl eləməyə, dəhşətli əzab-əziyyətə qatlaşıb dilənçiliyə və ehtiyaca tablaşmağa məcbur edirdilər.
Orta təbəqə və ziyalılar bu fəlakətə qatlaşanlar sırasında tək deyildilər. Mənafeləri guya bolşeviklər tərəfindən müdafiə olunan fəhlə sinfi də eyni dərəcədə əzab-əziyyət çəkirdi.Lakin buna baxmayaraq ərzaq bölüşdürülməsi məsələsi meydana çıxanda bolşeviklər “özlərinki” ilə Azərbaycan türkü olan fəhlə arasında ayrıseçkilik qoyurdular.İkincilər bir qayda olaraq ya “burjuaziyanın əlaltıları,ya da əksinqilabçılar kimi damğalanırdılar.
1918-ci il mart hadisələrinin başqa bir gizli səbəbi də var idi.Müsavat partiyasının təsirinin,nüfuzunun sürətlə artması.Artıq bu zaman Azərbaycan ictimaiyyətinin geniş təbəqəsinin əksəriyyəti-ziyalılar və fəhlələrin orta təbəqəsi Müsavat ətrafında birləşmişdilər.Odur ki, S. Şaumyan hər vəchlə Müsavat partiyasını siyasi mübarizə meydanından sıxışdırmağa,onu qiyamda təqsirləndirməyə çalışırdı və buna da nail oldu.
Mart hadisələri dövründə Azərbaycan türklərinin və o cümlədən də Müsavatın nə Bakıda,nə də onun ətrafında heç bir güclü silahlı dəstələri yox idi. Odur ki, bolşevik və daşnakların şəhərdəki özbaşınalığı şəhərdə vəziyyəti hədsiz dərəcədə gərginləşdirdi və beləliklə də Azərbaycan türkləri, Bakıda faktiki olaraq əla silahlanmış bolşevik və erməni hərbi hissələri qarşısında silahsız və müdafiəsiz qaldılar.Partlayış üçün yalnlz bir bəhanə lazım idi. Belə bir şəraitdə mart ayının 29-da erməni hərbi hissələrini tərk-silah etmək əvəzinə,Bakı Sovetinin əmri ilə zabit Ə.Əsədullayevin başçılıq etdiyi, Lənkərana getməyə hazırlaşan “Dikaya diviziyanın” atlı polkunun əsgər və zabitlərinin silahları alındı.Bu da Bakı əhalisinin haqlı narazılığına və etirazına səbəb oldu. Müsavat partiyası qəzəblənmiş əhalini sakitliyə və təmkinli olmağa çağırdı,lakin buna nail ola bilmədi
Ertəsi gün,yəni martın 30-da səhər tezdən şəhərin müxtəligf hissələrində mitinqlər başlandı. Onlar əsgərlərin zorla əllərindən alınmış silahlarının qaytarılmasını tələb edirdilər.
Bu münaqişəni törədənlər Azərbaycan türklərini cavab hərəkətlərinə təhrik edirdilər ki,burada da əsas məqsəd onlara qarşı əsl müharibəni qızışdırmaq üçün bəhanə əldə etmək idi və onlar bu fikirlərində yanılmamışdılar.Situasiya özünün ən gərgin nöqtəsinə çatmışdı. Qırmızı ordunun qvardiyaçılarının ara qızışdırmaq məqsədilə açdıqları atəşlər -çıxışlar üçün siqnal rolunu oynadı.Bu hərbi əməliyyatada,İçəri-Şəhərdə və İsmailiyyə binasında (indiki Azərbaycan Elmlər Akademiyasının rəyasət heyəti yerləşən bina ) yerləşən “müsəlman “ diviziyasının qərargahını atəşə tutmaqda A. Mikoyanın dəstəsi “xüsusilə” fərqlənmişdi.
Əllərinə yaxşıca fürsət düşmüş rular və ermənilər Neft sənayiçilərinin barjlarında (gəmilərində) qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri atəşə tutmağa başladıılar.Şəhərin özündə qırğın bir neçə gün davam etdi.Martın 30-da bolşeviklər bir qrup silahlı daşnaklarla İsmailiyyənin binasına – müsəlman xeyriyyə ocağına soxuldu.Çox keçmədi ki, öz memarlıq gözəlliyi ilə Bakının nadir incisi hesab olunan İsmailiyyədən alov göylərə qalxdı və bina tamamilə yandı.Alov içində yanan İsmailiyyədən qopan qığılcımlar yaxında yerləşən Hacı Zeynalabdin Tağıyevin qızlar gimnaziyasını təhlükə altında qoymuşdu. Bina yalnız Realnı məktəbin dinləyicilərinin köməyi ilə yanğından xilas ola bildi.Bolşevik və Daşnaklar Təzəpir məscidinə də böyük ziyan vurdular, şərqdə ilk teatr olan Hacı Zeynalabdin Tağıyevin teatrını yandırdılar.
1918-ci ilin 30 mart və 2 aprel tarixləri arasında 20 mindən çox Azərbaycan türkü Bakıda mart soyqırımının qurbanı olmuşdu.Çoxlu insan tələfatı ilə bir sırada xalqın mənəvi həyatında və mədəniyyəti tarixində mühüm rol oynayan bir sıra siyasi və zehni mərkəzlər yerlə-yeksan edildi,od vurulub yandırıldı. Bunların sırasına Xalq evini, Müsəlman Xeyriyyə Cəmiyyəti binasının, siyasi partiyaların iqamətgahlarının, müsəlman qəzetləri redaksiyalarının (rusca çıxan “Kaspini”nin, Azərbaycan türkcəsində çıxan “Açıq söz”ün) adlarını çəkmək olar.Ən görkəmli müsəlman siyasi xadimləri həbs edilir və güllələnirdi.Lakin ən dəhşətli nəticə Bakıda onun ətraf rayonlarında bolşevik hakimiyyətinin güclənməsi idi.
Mart
Azərbaycan tarixi-maliyyəsində mart- xasusu bir səhifə işğal ediyor.
Martın 1-də Türk dünyasını qanlı pəncəsində boğan velikorus hakimiyyətinə, 22 mart böyük Türk qövminin qurtuluş günü, 31 mart Azərbaycan xalqının qanlı faciəli günlərini xatırlatıyor.31 mart...
Bu gün hürriyyəti-milliyyə öz istiqlalı-Azərbaycan fikri ilə oyanmış türk qəlbinə xain əllər tərəfindən zəhərli, bir xəncər vurulmuş.
Bu gün həyat və istiqbal əməlilə çarpınan türk qəlbini susdurmaq istəmişlər.
Bu gün ətrafını bürümüş qara dumanları yarıb parçalamağa başlayan Od yurdunun “ Müqəddəs atəşkəsin alovu şimal ayısı” tərəfindən söndürülmək istənilmiş.
31 mart 1918-cu sənə
Bu gün hürr bir millətin paytaxtı olan Bakımızda qanlar axmış, evlər talanmış, ata babalarımız şəhid düşmüş,ana-bacılarımız əsir edilmişdi.
Bu gün – Bakı xalqı kəndi yurdunda qətləma, əsarətə və məhkumiyyətə məruz qalmışdır.
Qanlı gün
Bu gün Bakının ətrafından axan neft çeşmələri qan meşmələrinə mübadil olmuş.
Bu gün Bakının sahilini boyayan quzğun dəniz qan dənizinə çevrilmiş.
Bu gün bütün qüvvətimiz və sərvəti-milliyyətimiz sayəsində vücuda gələn vaporlarımız, silahlarımız üzərimizə göndərilmiş.
Mart ah, bu günü,Bu qanlı, dəhşətli günü hənuz qəlblər unudamamış, fikirlər xatirdən çıxarılmamışdır. O günlərdən iki sene keçiyor.
O gündən bu yana Azərbaycan türkləri böyük fədəkarlıqlar,tarixi çıxışlar yapmış,müstəqil bir türk cümhuriyyəti vücuda gətirmişlərdi.
Azərbaycan türkləri istedadı-mədəniyyətləri,qüdrət və qabiliyyətləri sayəsində həqlərini qəbul edirmiş, cahan millətləri ailəsinə qədəm qoyulmuşdur.
İki sənə ketyor.
Bu gün o yanıq “İsmailliyə” qarşısında artıq bolşevik-daşnak nifratı durub istehza ilə gülməyor.Bu gün o böyük bina qarşısında qüdrətli elislər ilə meydana gəlmiş, qəhrəman zabitlərimiz, rəşid duruyor və yəmin edilyorlar ki, “İsmailiyyə” ilə yan-yana duran müqəddəs parlament binasını böylə halda görməmək üçün uyumayacaqlar.Bir əllərinə parlament üzərində dalğalanan üç boyalı bayrağı,digər əlndə silahi olaraq hürriyyətini və cümhuriyyətini hər növ düşməndən olursa-olsun müdafiə edəcək və “göz bəbəyi kimi “ saxlayacaqdır.
Qanlı mart günləri...
Bu gün suxarsevlər, şaumyanlar inqilabçı vahid rusiyaçılar, oyanmış türk təkliyini çəkəməmiş,onu öldürmək üçün daşnak qüvvələrinə müraciətən unudulmayacaq qanlı günlər vücuda gətirmişlər.
O günlərdən iki sənə keçmşsə də yenə faciələrin yenə mart günlərinin təkrar etdiyini görüyoruz.
Şimaldan hüdudumuza qanlı şimal ordusu yaxlaşıyor və hürriyətimizi təhdid altına alıyor.Bu təhdiddən bilaistifadə qanlı daşnak pəncəsi arxamızdan bizə zəhərli zərbə endiryor.
Bu gün mart günlərini xatırlarkən Qarabağ,Əsgəran,Zəngəzurumuzda qanlı mart günlərinə də şahid oluruz.
Bolşevik təhlükəsindən bilaistifadə daşnak xəyanəti yenə təkrar ediyor.
Bu gün qanlı mart günlərini yad edərkən bütün millət həyəcan və iztirabilə namusuun təmizləməyə Qarabağını qurtarmağa qoşuyor.
Mirzə Bala Məmmədzadə
“Azərbaycan” qəzeti N-164, 31 mart 1920
18-31 Mart
Bu qün 18-31 mart hadiseyi-ələmiyyəsi sənəyi-devriyyəsi münasibətilə Azərbaycan türk-islamları milli matəm elan ediyorlar.
Bu gün bütün hökumət və məmaət idarələri,məktəblər,qəzetlər,bazar, dükan,emalatxana və sayir müəssisələr tətil ediyorlar,şəhərdə həyat dayandırılıyor, Zira: Bu gün gözəl ideya,böyük şüar altında qara fikir yürütən bir taqım alçaq qara guruhun əlində məqtul düşmənlərin illiyidir.Bu matəmdə Azərbaycanlılar məscidlərə yığılaraq günahsız ölənləri,irz və namusuna toxunulan məzlumları,canilərin əlində tələf olmuş məsum cocuqları yad edəcək,Quran oxuyacaq, məzlumlara rəhmət, zalimlərə lənətxan olacaqlardır.
Təzə Pir məscidində-həmən keçən il bu günlərdə düşmən mərmiləri dəydikcə, yaralanan pəhləvan kibi nərə çəkərək guya Zəban halilə “Ey türk milləti! Namusun qəbul etməsin; Allah,götürmə bu zülmü!” deyə fəryad edən bu böyük məscidin həyətində cəm kəsirin iştirakilə ictima tərtib verəcəklərdir.
Faqət Azərbaycan türkləri bu matəmdə yadlarından çıxarmamalıdırlar ki, keçən il ibtida Bakıda və Şirvanda,daha sonra Qubada və sayir yerlərdə bizim başımıza gələn müsiybətlərin təqsirlərinin çoxu özümüzdədi,həm də o mənayəni cəmaatimizin bir qismi məsqə geymiş canilərə inanaraq onlarla sosyalist kibi rəftarda bulunmaqla özlərini aldatmış oldı: nə o mənaya ki,cəmaətimizin bir qismi məhzi firqəbazlıq xatirinə özünü üzə çıxarmaq və şərəfi-müqabili nəzərdən salmaq niyyətilə xalqı yoldan çıxardı,heç bir fitnə və fəsaddan çəkinmədi.
Doğrudur, həyatımızda bu mövsüf amillər böyük rollar oynadılar, doğrudur on minlərlə günahsız olan vətən övladı bu hərəkətlərin qurbanı oldu!
Lakin bir şeyi xatırda tutmalıdır.Bizim zəifliyimiz və düşmənin gücsüzlüyü,bizim aramızda firqənin təfriqə kibi təəlliyisi,dilllərdə əzbər olan ittihadsızlığımız və sayirə hər iki şeydən nəşət etmişdir:İdrak və etirafi-milliyyə yoxluğu və sadəlövh,saf durğunluğumuz.
Həyat bir məktəb və tarix bir ayineyi-ibrətdir yaşayışın.Acı həqiqətlərinə açıq gözlə baxalım da,-İşləmiş olduğumuz xataları islah edəlim,əks surətdə belə facilər həyatimizdə təkrar-təkrar oyana bilər.
Keçən il haman,bu günki gün müsəlman türk firqələri,cəmaəti sakit etmək məqsədilə buraxmış olduqları bir intibahnamədə “erməni qonşularımız dəxi bu məsələdə bizimlə bərabərdirlər” yazmışdılar. Halbuki dörd saat sonra başlanmış davayi-milli qitalə göndərən yenə haman “bizimlə bərabər olan qonşularımız” oldular.Yanız o gün deyil həmişə bu surətlə aldanmışız.Bu da hər şeydən ziyadə siyasi xamlığımızdandır.Siyasətdə millətə dövlət və firqə mənafei hər şeydən yüca tutulduğundan şübhəsizdir ki,hər dövlət,hər millət və hər firqə ancaq mənafei üzürə bir və bərabər olanlara inana bilərlər.
Digər tərəfdən yenə haman keçən il mart hadiseyi-ələmiyyəsindən bir az qabaq, faciənin oynayacağını qabaqcadan görmüş olanların “Açıq söz” qəzetəsində yazmış olduqları “Birlik görək”,”Birlik tələb olunur” və sayir bu kibi bir çox məqalələrinin qalması həm cəmaətimizin milli mənafei dərk etmiş olmasındadır.
Ona görə ki, cənnət ana vətəninin xərabəzərə döndərilməsi sənəyi dövriyyəsini matəm saxlayan Azərbaycan türkləri: Əski Roma imperiyası Leqiyonlarının ayaqları altında əzilmiş millətlərin və dağılmış vətənini görən Hannibalın müqəddəs atəşkədə və qoca atası hüzurunda etdiyi kibi,bu gün,düşmən romparasılə minarəsi dağılmış müqəddəs Təzəpir məscidi qabağında əllərini döşlərinə qoyaraq başlarını aşağı dikərək qism yad etməlidirlər ki, gözəl Azərbaycan və nəcib türk millətini hər cəhətdən sahilinicat və sədaqətə çıxarınadək başlarını yuxarı qaldırmayacaq və Azərbaycan istiqlalına,türk azadlığı səadəti yolunda son qətra qanına və son nəfəsinədək heç bir fədəkarlıqdan geri durmayacaqlardır!
Ölənlərə Rəhmət!
Qalanlara İbrət!
Xəlil İbrahim.
”Azərbaycan” qəzeti N-147,31 mart 1919- cu il.
Ardı var