ABŞ: Həmas tərkisilah edilə bilər


ABŞ dövlət katibi Marko Rubio HƏMAS-ın tərksilahı ilə bağlı ümidverici əlamətlərin olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Rubio bu barədə Fox News-a verdiyi müsahibədə ABŞ-ın Qəzza planından danışarkən bildirib. Onun sözlərinə görə, planın həyata keçirilməsi üçün HƏMAS-ın silahsızlaşdırılması əsas şərtdir. “Bu baş verməlidir. Bütün proses yalnız HƏMAS tərksilah edildiyi halda işləyə bilər. Əks halda hər şey qeyri-müəyyən olaraq qalacaq”, – deyə o qeyd edib.

Rubio əlavə edib ki, ötən həftə sonu silahsızlanma ilə bağlı razılaşmaya yaxınlaşdıqlarını göstərən müsbət siqnallar olub.

O, HƏMAS silahlarını yerə qoymadığı halda ABŞ-ın İsrailin hərbi əməliyyatları yenidən başlamasına dəstək verib-verməyəcəyi ilə bağlı suala isə konkret cavab verməyib.

ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqtonun əsas məqsədi HƏMAS-ın tərksilah edilməsi və Qəzzada təhlükəsizliyin beynəlxalq qüvvələrin dəstəyi ilə Fələstin təhlükəsizlik strukturları tərəfindən təmin olunmasıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ