Pakistan ordusunun Əfqanıstanla sərhəddə yerləşən Kunar əyalətinə artilleriya və raket hücumları həyata keçirdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, son günlər hücumların intensivliyi artıb və Pakistan tərəfi sərhəd bölgəsində yerləşən yaraqlıların mövqelərini hədəf alır.
Əfqanıstan rəsmiləri isə atılan raketlərin yaşayış məntəqələrinə düşdüyünü və mülki əhalinin təhlükə altında qaldığını iddia edirlər.
İki ölkə arasında qarşılıqlı ittihamların artması və sərhəd təhlükəsizliyi ilə bağlı fikir ayrılıqları gərginliyi daha da dərinləşdirib. Beynəlxalq müşahidəçilər vəziyyətin bölgədə humanitar böhran riskini artırdığı barədə xəbərdarlıq edirlər. Məlumata görə, hazırda tərəflər arasında diplomatik kanalların fəaliyyəti dayanıb.
Aytən Yaşar/ Turkustan.az