İran Avropa Birliyinə sərt reaksiya verdi


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Avropa Komissiyasının sədri Ursula fon der Leyenin İrana qarşı sanksiyaların hələlik ləğv edilməyəcəyi barədə açıqlamasına sərt reaksiya verib.

Turkustan.az xəbər verir ki, Bekayi sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar insan haqları ilə bağlı deyil və bu tədbirlər əsasən adi iranlıların hüquqlarını məhdudlaşdırmağa yönəlib. O, bu yanaşmanı “köhnəlmiş və əsassız” adlandırıb.

Sözçü əlavə edib ki, Aİ-nin sanksiyalarla bağlı mövqeyi təşkilata etibar qazandırmır, əksinə, Avropanın ikili standartlarını və siyasi yanaşmalarını daha açıq şəkildə ortaya qoyur

Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Berlində CDU/CSU partiyalarının seminarında çıxışı zamanı İrana qarşı sanksiyaların ləğvi üçün hələ uyğun şəraitin formalaşmadığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ