Ölkə əsrin fəlakətini yaşayır! Şəhər tamamilə su altında qaldı


Çinin cənubunda yerləşən Guangxi əyalətinin Çinzhou şəhəri son illərin ən güclü yağışlarından sonra su altında qalıb.

Turkustan.az xəbər verir ki, küçələrin çaylara çevrildiyi şəhərdə sakinlər qayıqlarla təxliyə olunur.

Şiddətli yağıntılardan sonra suyun səviyyəsi park edilmiş avtomobillərin damına qədər yüksəlib. Nəticədə şəhərdə nəqliyyatın hərəkəti tam iflic olub, yüzlərlə avtomobil yararsız vəziyyətə düşüb. Xüsusilə yeraltı keçidlər və dayanacaqlar ciddi ziyan görüb.

Daşqın suları evlərə və mağazalara dolduğundan, içəridə qalan sakinlərin xilas edilməsi üçün təcili yardım və xilasedici qruplar səfərbər olunub. Yayılan görüntülərdə xilasedicilərin və mülki müdafiə əməkdaşlarının şişmə qayıqlardan istifadə edərək yaşlıları, uşaqları və təhlükə altında qalan digər sakinləri təhlükəsiz ərazilərə apardıqları əks olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ