Ukrayna ərazisinin bir hissəsini itirməli olacaq - Kansler


"Ukrayna müəyyən bir vaxtda atəşkəs müqaviləsi imzalayacaq; ümid edirik ki, müəyyən bir vaxtda Rusiya ilə sülh müqaviləsi imzalayacaq. O zaman bəlkə də ərazisinin bir hissəsi Ukraynanın olmayacaq".

Turkustan.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.

Onun fikrincə, Aİ üzvlüyü perspektivləri naminə Ukrayna ərazisinin bir hissəsindən imtinanı qəbul etməli ola bilər. Lakin böhran davam etdiyi müddətdə Ukraynanın ittifaqa qoşula bilməyəcək və qəbul üçün ciddi meyarlara cavab verməli olacaq

Kansler rəsmi Kiyevi AB-yə tez bir zamanda qoşulmaqla bağlı qeyri-real ümidlər bəsləməkdən çəkindirib:

"Ukrayna üçün 1 yanvar 2027-ci il, yaxud 1 yanvar 2028-ci il tarixinə qədər Aİ-yə qoşulmaq real deyil". /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ