İranda bu istiqamətlərə də reyslər açıldı


İrandan İstanbul, Nəcəf, Məsqət və Pekin də daxil olmaqla bəzi əsas beynəlxalq istiqamətlərə uçuşların bərpa olunduğu bildirilir.

Turkustan.az xəbər verir ki, Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanının baş meneceri Kaşif Azər uçuşların bərpası ilə bağlı açıqlama verib.

O, əlavə edib ki, gələcəkdə bu siyahıya yeni istiqamətlərin də əlavə olunması nəzərdə tutulur və xarici aviaşirkətlərin İrana qayıdışı ilə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, bu proses ölkənin regiondakı aviasiya mövqeyini gücləndirə bilər.

İran Mülki Aviasiya Təşkilatı isə aprelin 20-də Məşhəd hava limanından beynəlxalq uçuşlar üçün bilet satışına icazə verildiyini, Məşhəd–İstanbul reysinin isə aprelin 21-də həyata keçirildiyini açıqlayıb.

Qeyd edək ki, fevralın sonunda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində bəzi hava limanlarının zədələndiyi və ölkədə bütün uçuşların müvəqqəti dayandırıldığı bildirilmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ