İran şahının oğlu Odessada peyda oldu - VİDEO


İranın 1979-cu ildə devrilmiş sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu gözlənilmədən Odessaya səfər edib.

Turkustan.az xəbər verir ki, bu barədə "Telegram" kanallarında məlumat yayılıb.

Yayılan görüntülərlə bağlı qeyd edilib ki, Pəhləvini Ukrayna millət vəkili Oleksiy Qonçarenko qarşılayıb. Pəhləvinin Ukraynaya səfərinin məqsədi açıqlanmır.

Bəzi kanallar onun forumda iştirak üçün bölgəyə gəldiyini yazıblar.

Xatırladaq ki, özünü mühacirətdə olan İran müxalifətinin lideri kimi təqdim edən Pəhləvi martda İranda artıq azadlığın əlçatan olduğunu bəyan etmişdi. O, buna görə də ABŞ-ı İrana qarşı müharibədə əvvəlcədən müəyyən edilmiş kursu davam etdirməyə çağırırdı. Pəhləvi həmçinin dəfələrlə qeyd edib ki, mövcud rejimin süqutundan sonra İrana rəhbərlik etməyə hazırdır./publika.az


MANŞET XƏBƏRLƏRİ