Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq


Vaxtından əvvəl yetişən qarpızlara tez-tez həddindən artıq nitrat gübrələri verilir ki, bu da insanlarda zəhərlənmə simptomları yarada bilir. Bu, xüsusən də uşaqlar və yaşlılar üçün təhlükəlidir.

Bunu RİA Novosti-yə diyetoloq, tibb elmləri namizədi Olqa Yamilova deyib.

Onun sözlərinə görə, bədənin nitratla yüklənməsi ürəkbulanma, qusma, başgicəllənmə və siyanoza - dərinin və selikli qişaların mavi rəngə boyanmasına səbəb ola bilər. Diyetoloq sağlamlıq risklərini azaltmaq üçün qarpızı təbii şəkildə yetişməyə başladığı avqust ayına qədər yeməməyi məsləhət görüb.

Yamilova həmçinin xatırladıb ki, qarpız qabıqları daim torpaqla təmasda olur və bu bostan bitkisinin səthində salmonella, "E.coli" və rotavirus patogenləri ola bilər. Buna görə də, qarpız yeməzdən əvvəl giləmeyvəni xüsusi sabunla, fırçalayaraq və axar suyun altında yaxşıca yuyaraq təmizləmək lazımdır. Həkim məhz eyni səbəbdən satış nöqtələrində dilimlənmiş qarpızların dadına baxmamağı da məsləhət görüb./Publika


MANŞET XƏBƏRLƏRİ