Zəvvarların Bakıya qayıdış tarixləri açıqlandı - RƏSMİ


Bu il Azərbaycandan Həcc ziyarətinə yollanan 1150 zəvvarın vətənə qayıdış tarixləri məlum olub.

Modern.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri bildirib ki, zəvvarların Azərbaycana ilk dönüş reysi iyunun 6-da həyata keçiriləcək.

Onun sözlərinə görə, zəvvarlarımızın vətənə son uçuşu iyunun 9-da baş tutacaq.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılmış kvota çərçivəsində ümumilikdə 1150 nəfər müqəddəs ziyarətə yollanıb.


MANŞET XƏBƏRLƏRİ