Bir daha Himnimiz haqqında


No description available.
Kamil Şahverdi

IV yazı
3-cü hissə

(əvvəli BU LİNKDƏ)

Atmosfer müqəddəs ayinlərə çox uyğun idi, sanki, indi möcüzə baş verəcək, məsələn Stalin doğacaqdı. Möcüzə gözləntisi hər bir yaltaq sifətdə əks olunurdu. Amma möcüzə baş vermədi. Əgər Stalin doğdusa da, bu anlaşılmaz fikir qırıntılarından başqa bir şey deyildi. Bu "fikir mübadilədində" iştirak etmək mümkün deyildi. Yalnız donqultu ilə "bəli, bəli, bəli" demək, mümkün idi. Və yaxud da heç nə deməmək. Mən heç də Stslinlə himn yaratmaq haqqında nəzəri diskussiya aparmaq fikrində deyildim. Mən nəzəri diskussiyalara heç vaxt burnumu soxmuram. Mən Stalin deyiləm ki.
Bu sönük söhbət qəflətən qorxunc məcraya yönəldi. Stalin istədi göstərsin ki, o orkestləşməni dərindən bilir. Heç şübhəsiz ki, ona məlumat vermişdilər ki, Aleksandrov öz mahnısını özü orkestrləşdirməyib. Bir çox rəqibləri kimi, o da bu işi peşəkar aranjimançıya həvalə etmişdi. Bir neçə himni həmin təcrübəli arajimançı orkestrləşdirmişdi. Bu mənada biz Xaçaturyanla öz əsərimizi özümüz orkestrləşdirdiyimizə görə parlaq azlığı təmsil edirdik.
Stalin qərara gəldi ki, Aleksandrovla orkestrləşdirmə mövzusundan çəkinməyə ehtiyac yoxdur. Bizimlə isə bu mövzuda mübahisə açmamaq daha yaxşı olar. Hər necə olsa da, biz peşəkarıq. Birdən nəyisə səhv desə, onda bəs necə olacaq? Aleksandrovun timsalında isə rəhbər və müəllim öz müdrikliyini və uzaqgörənliyini nümayiş etdirə bilər. Stalin həmişə belə edirdi. Ona görə də himn haqqında mülahizələri çox tipik idi. Bu mülahizələr göstərirdi ki, Stalin belə görüşlərə neçə hərtərəfli hazırlaşır, öz müdrik deyimlərini qabaqcadan necə diqqətlə hazırlayır.
Stalin əyalət rejissoru kimi öz mənasız deyimlərinin hər biri üçün effektli çıxış hazırlayırdı. Əyalət rejissoru öz publikasını tanıyır. O Babellə Bebeli səhv sala bilər, ancaq arxayındır ki, heç kim onun bu səhvini tutmayacaq. Çünki, publika kütdür, nə versən həzm edəcək. Stslinin ətrafl heç nə oxumayan, heç nə ilə maraqlanmayan kobud, cahil adamlardan ibarət idi. Belə fonda o təəssürat yaratmaqda çətinlik çəkmirdi. Xüsusilə də o bu söhbətin rejissoru idi və onu istənilən istiqsmətə yönləndirə bilərdi. O hər an mövzunu dəyişə bilər və ya ümumiyyətlə söhbəti kəsə bilərdi...
Stalin Aleksandrova irad bildirərək onu sorğu suala tutdu ki, niyə öz mahnısını belə pis orkestrləşdirib. Aleksandrov Stalinlə orkestrləşmə haqqında söhbətdən başqa hər şeyə hazır idi. O özünü itirmişdi, xəcalət çəkirdi və tamamilə məhv olmuş kimi görsənirdi. Aydın hiss olunurdu ki, o təkcə öz himni ilə deyil, karyerası ilə, bəlkə daha vacib nəyiyləsə vidalaşırdı. "Linkor-mahnı"nın müəllifinin rəngi solmağa başlamışdı. Onu tər basmışdı. Çox yazıq görkəm almışdı. Məhs belə anlarda insan özünü büruzə verir. Aleksandrov son dəfə cəhd edərək özünə bəraət qazandırmaq üçün bütün günahları aranjimançının üstünə atdı. O bunu ləyaqətsizcəsinə, alçaqcasına etdi. Bu söhbər aranjimançının başını apara bilərdi.
Mən gördüm ki, vəziyyət çox pis sonluqla nəticələnə bilər. Aleksandrovun yazıqcasına özünə bəraət qazandirması Stalinin marağına səbəb oldu. Bu sağlam maraq deyildi. Qurdun quzuya olan marağı idi. Bunu hiss edən Aleksandrov həddləri aşmağa başladı. Yazıq aranjimançı bilərəkdən Aleksandrovun mahnısını pis orkestrləşdirən təxribatçıya çevrilirdi.
Mən özümü daha saxlaya bilmədim. Bu biabrçı mənzərə ona işarə idi ki, aranjimançı saysız-hesabsız problemlərlə üzələşəcəkdi, adam heç nədən həyatını itirə bilərdi. Mən buna yol verə bilməzdim, ona görə də dedim ki, müzakirə olunan aranjimançı yüksək peşəkardır və əlavə etdim ki, onu məsuliyyətə cəlb etmək ədalətsizlik olar.
Heç şübhəsiz ki, Stalin söhbətin belə məcraya yönəlməsinə təəccüblənmişdi, buna baxmayaraq sözümü kəsmədi. Mən müzakirəni qorxulu çığırdan yayındıra bildim. Artıq biz onu müzakirə edirdik ki, bəstəkar öz əsərini özü orkedtrləşdirməlidir ya bir başqasının köməyinə müraciət etməlidir. Mən əminliklə bildirdim ki, bəstəkar öz yazdığı əsəri kiməsə orkestrləşdirmək üçün həvalə etməməlidir. Qəribə olsa da, Stalin bu məsələdə də mənimlə razılaşdı. Düşünürəm ki, o bu məsələyə öz mövqeyindən baxırdı. Axı o özü də öz şöhrətini heç kimlə paylaşmaq istəmirdi. Ona görə də qərara almışdı ki, Şostakoviç haqlıdır.
Aranjimançı xilas edildi. Mənim sevinməyə əsasım var idi. Nəhayət Stalin aydınlaşdırmağa başladı ki, hansı himn kimin daha çox xoşuna gəlir. Məndən də soruşdu. Mən bu suala hazır idim. Mən güman edirdim ki, belə bir hal baş verə bilər, ona görə də əvvəlcədən qərara almışdım ki, nə öz himnimi, nə də birgə yazdığımız himnin adını çəkə bilmərəm. Xaçaturyanın himnini də deyə bilmərəm ki, məni öz həmmüəllifimi irəli çəkməyim kimi başa düşərlər. Aleksandrovun mahnısı isə heç xoşuma gəlmirdi. Ona görə də beş namizəddən ancaq biri qalırdı. O da İona Tuskiya. Mən dedim ki, ən yaxşı himn onunkudur, əlavə etdim ki, ancaq onu yadda saxlamaq çətin olacaq. Düşünürəm ki, Stalin bu məsələdə də mənimlə razı idi, baxmayaraq ki, Tuskiya gürcü idi.
Söhbətimizin sonrakı hissəsində məlum oldu ki, qüdrətli, bütün dövrlərin ən böyük himn bilicinə mənim Xaçaturyanla birgə yazdığımız variant xoş gəlir. Ancaq Stalinin rəyinə görə nəqarətdə bəzi dəyişikliklər edilməli idi. O soruşdu, bunun üçün nə qədər vaxt lazımdır? Mən cavab verdim ki, beş saat kifayət edər. Əslində bu düzəlişləri biz beş dəqiqəyə edə bilərdik. Amma düşündüm ki, əgər təklif etsəm ki, bir az gözləsinlər, biz dərhal bunu edərik, bu yaxşı olmaz. Ona görə beş saat dedim. Bu cavabım Stalini necə hiddətləndirdiyinə çox təəccübləndim. Siz təsəvvür edə bilməzsiniz ki, mən necə təəccüblənmişdim. O yəqin ki, tamam başqa cavab gözləyirdi.
Stalin asta-asta danışır, asta-asta fikirləşirdi. O hər şeyi asta-asta edirdi. Ona düşünmək lazım olurdu. Bu dövlət işidir, dövlət himnidir. Bunu gərək yeddi dəfə ölçüb, bir dəfə biçəsən. Şostakoviç isə deyir ki, beş saata düzəliş edə bilər. Bu qeyri-ciddilikdir. Belə qeyri-ciddi adam dövlət himninin müəllifi ola bilməz.
Bu bir daha sübut edirdi ki, Stalinin bəstəkarlıqdan heç xəbəri yoxdur. Onun bəstəkarlıqdan bir balaca təsəvvürü oısaydı, o mənim cavabıma heç təəccüblənməzdi. Aydın oldu ki, Stalin bəstəkarlıq haqqlnda anlayışı da digər sahələrdə olduğu qədəedir. Orkestrləşdirməyə də ona görə toxundu ki, özünü göstərsin. Mənim hiyləm isə baş tutmadı.
Biz Xaçaturyanla uğursuzluğa yuvarlandıq. Sonralar Xaçaturyan məni yüngül fikirlikdə günahlandırdı. O deyirdi ki, əgər mən heç olmada bir ay vaxt istəsəydim, biz qalib olacaqdıq. Bilmirəm, bəlkə də o haqlı idi. Hər halda Stalin öz hədəsini həyata keçirtdi. Aleksandrovun mahnısını himn təyin etdilər.
Buna baxmayaraq bu əsərin taleyinə uğur yazılmamışdı. Musiqiyə görə deyil, sözlərə görə. Musiqiyə gəlincə isə, ənənə belədir ki, dövlət himninin musiqisi pis olmalıdır. Stalin də gözləntilərin əleyhinə olaraq adət-ənənədən kənara çıxmadı. Mətndə ona sədaqətin nümayişi onun xoşuna gəlirdi. Sonralar şəxsiyyətə pərəstiş ifşa olunanda mətnin problemləri başlandı. Xalqa belə mətn oxutmaq axmaqlıqdır: "Bizi Stalin böyütdü". O vsxt ki, rəsmi elan olundu, o nəinki heç kimi böyütməyib, əksinə millionları məhv edib, onda bu sözlər daha oxunmadı. İndi insanlar bu motivi ancaq mooldayırlar..."
(Volkov Solomon. Şahidlik. Dmitri Şostakoviçin xarirələri. Limelight editions. 1979. səh. 61-62.)
Mən dünyaşöhrətli bəstəkar Dmitri Şostakoviçin sovet himninin yaranması ilə bağlı fikirlərinə bilərəkdən geniş yer verdim. Çünki, görkəmli bəstəkar Stalinin himn qəbulu üçün qurduğu absurd tamaşanın iştirakçısı kimi çox qiymətli mətləblərə toxunur və bu haqda ətraflı məlumat verir. 170 adll, sanlı bəstəkar 223 himn yazıb yüksək rütbəli hərbçilərdən təşkil olunmuş komissiyaya təhvil verir. Musiqi haqqında heç bir anlayışı olmayan, ümumiyyətlə intellektləri tapşırığı yerinə yetirməkdən o tərəfə keçməyən marşal və generallar məşhur bəstəkarların əsərlərinə qiymət verməli idilər...
Himn komissiyasının sədri marşal Voroşilovovun adyutantının gündəliyində etdiyu qeydlərdən maraqlı məqamlar üzə çıxır. Adyutant yazır:
"...1943-cü il 18 iyunda K. Y. Voroşilov keçirdiyi iclasa toplaşan bəstəkar və şairlərə ciddi irad bildirərək onları şiddətli tənqid etdi.
Kliment Yevremoviç qəti şəkildə bildirdi ki, onların bir il ərzimdə gördükləri iş heç nəyə yaramır. Çıxışının yekununda onlara yeni himn variantı yazmaq üçün ay yarım vaxt verdi.
1943-cü ilin 17və 24 avqustunda təkrar dinləmələr oldu. Bu dəfə ali komissiyanın mühakiməsinə 40 bəstəkar 55 himn musiqisi təqdim etmişdi.
1943-cü il noyabrın 1-də Böyük teatrda himn musiqisinin son variantı qəbul edilməli idi. Hökumət lojasında İ. V. Stalin, V. M. Molotov, K. E. Voroşilov, L. P. Beriya və Q. M. Malenkov əyləşmişdilər.
İfa olunan 15 himndən heç biri onların xoşuna gəlmədi. 1943-cü il noyabrın 16-da üç himn mülodiyası finala çıxdı. Bunlar. A. V. Aleksandrovun, Şostakoviç və Xaçaturyanın birgə yazdığı və İ. İ. Tuskiyanın melodiyaları idi."
(İD "Mir novostey" 09 oktyabr 2017)

Nəhayət 1943-cü il dekabrın 13-də himn müsabiqəsinə yekun vuruldu. Həmin günlə bağlı xatirəlırində sovet himni sözlərinin həmmüəllifi Serqey Mixalkov yazır:
"Himnin təstiqi günü nəhayət ki, yetişdi. Himn mərninin hər iki müəllifi Böyük teatrın boş zalında ətləşmişdilər. Bu onların son imtahanı idi. Hökumət və Siyasi Büro üzvləri Hökumət lojasında idilər. Müqayisə üçün A.Ş. Məlik-Paşayevin rəhbərliyi ilə Böyük teatrın simfonik orkestri, güneral-mayor S. A. Çernetskinin idarəsi ilə hərbi nəfəs alətləri orkestri, A. V. Aleksandrovun idarəsi ilə Qırmızı ordunun Qırmızı bayraqlı mahnı və rəqs ansamblı bir birinin ardınca xarici dövlətlərin-Böyük Britaniyanın, Fransanın, köhnə rus himni - "İıahi Çarı qoru!"-himnlərini, "İnternasional"ı, S. Mixalkovun və Q. El-Reqistanın sözlərinə D. D. Şostakoviç və A. İ. Xaçaturyanın himnini ifa etdilər. Nəhayət "Bolşeviklər partiyasının himni" musiqisinə bizim ayrıca mətnimiz yeni nəqarətlə səsləndi."
1943-cü il dekabrın 14-də Ümumittifaq Kommunist (b) Partiyası Mərkəzi Komitənin Siyasi Bürosu Sovet İttifaqının Dövlət himnini təsdiq edir. Rusiya arxivlərindən əldə olunmuş tarixi sənəddə həmin himnin təsdiqi ilə bağlı qərarda qeyd olunur:
"Yoldaş Stalinə
"SSRi himni haqqında" ÜK(b)P MK-nin Qərarının layihısini Sizə təqdim edirik.
Molotov
Voroşilov
Şerbakov"
Qərar layihəsinin sol küncündə Siyasi Büro üzvlərinin əllə yazılmış siyahısı və hər soyadın qarşısında səs vermədə Qərar layihəsinə münasinəti göstərilib.
"Kalinin-lehinə
Kaqanoviç-lehinə
Mikoyan-leyhinə
Şvernik-leyhinə
Voznesenski-leyhinə
Beriya- leyhinə
Andreyev-leyhinə"
Vərəqin ortasında Stalin qırmızı karandaşla öz əli ilə iri hərflərlə "İ. Stalin leyhinə" sözlərini yazıb.


MANŞET XƏBƏRLƏRİ