"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.
Turkustan.az xəbər verir ki, bu mərhələdə Ağdam təmsilçisi İngiltərənin "Nyukasl Yunayted" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq. "Qarabağ" ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.
Əlavə edək ki, "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran "Barselona" və ya altıncı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək. /axar.az/