"Space" televiziyasında efirə gedən və tamaşaçılar tərəfindən maraqla qarşılanan "Sol Ajustik" verilişinin budəfəki qonağı ifaçı bəstəkar Çilənay Hüseynova olub.
Turkustan.azxəbər verir ki, müğənninin canlı ifaları ilə müşayiət olunan proqramda aparıcı Nərmin Əhmədin suallarını cavablandıran Çilənay Hüseynova sənət aləmində yaşanan olaylara da münasibət bildirib. İfaçı-bəstəkar qeyd edib ki, sənətdə qalmaqala ehtiyac yoxdur. Qalmaqala o insanlar ehtiyac duyur ki, onların sənət adına təqdim edəcəkləri ciddi işlər yoxdur.
Proqramın tam versiyasını təqdim edirik:
Könül/Turkustan.az