Ukrayna və Litva Dron Sazişinin praktiki tətbiqinə keçidi sürətləndirmək üçün bürokratik prosedurların tezləşdirilməsi barədə razılığa gəliblər.
Turkustan.az xəbər verir ki, bunu Litvanın Baş naziri Mindauqas Sinkeviçus Kiyevdə Ukraynanın Baş naziri Sergey Koretski ilə birgə keçirdiyi brifinqdə bildirib.
Sinkeviçus bütün bürokratik proseslərin sürətləndirilməsi barədə razılığa gəldiklərini deyib. Onun sözlərinə görə, gecikmənin əsas səbəbi hər iki ölkədə hökumətlərin yenilənməsi və dəyişməsi olub.
“İki ölkənin də bütün prosesləri sürətləndirmək və Dron Sazişinin praktiki tətbiqinə keçmək istəyi var”, - deyə Sinkeviçus bildirib.
Koretski isə növbəti görüşdə tərəflərin artıq konkret nəticələr barədə məlumat verəcəyinə ümid etdiyini söyləyib.
“Baş nazir və mən komandalar səviyyəsində sazişin praktiki icrasını təmin etmək üçün hər şeyi edəcəyik”, - deyə, o qeyd edib.
Aytən Yaşar/ Turkustan.az