İsrail Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşnerin İsrailin beynəlxalq təcridindən istifadə edilərək Qəzzada atəşkəs razılaşmasına nail olmaq üçün Təl-Əvivə təzyiq göstərildiyi barədə açıqlamasına reaksiya verib.
Turkustan.az xəbər verir ki, Likud partiyası yaydığı yazılı açıqlamada 10 oktyabr 2025-ci ildə qüvvəyə minən Qəzza atəşkəs razılaşmasının Netanyahu hökumətinin rəhbərliyi ilə İsrail üçün uğurlu olduğunu bildirib.
Bəyanatda qeyd olunub ki, Netanyahunun İsrail ordusunu Qəzza şəhərinə göndərmək və Qətərdəki HƏMAS liderlərini hədəf almaq qərarı, həmçinin Trampın güclü təzyiqi HƏMAS-ı tələblərindən geri çəkilməyə və Qəzzada saxlanılan bütün məhbusları azad etməyə razı salıb.
Qeyd edək ki, Cared Kuşner daha əvvəl Vaşinqton administrasiyasının Qəzza atəşkəsi ilə bağlı razılaşma əldə etmək üçün İsrailin beynəlxalq təcridindən vasitə kimi istifadə etdiyini bildirib. O, bunun ötən il Dohaya endirilən hücumdan sonra baş verdiyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az