Litva Ukraynanın 2030-cu ildə Avropa İttifaqına üzv olmasını dəstəkləyir.
Turkustan.az xəbər verir ki, bunu Litvanın Baş naziri Mindauqas Sinkeviçus Kiyevdə Ukraynanın Baş naziri Sergey Koretski ilə birgə keçirdiyi brifinqdə bildirib.
Sinkeviçus Litva və digər Avropa ölkələrinin Ukraynanın yerinin Avropa İttifaqında olduğuna inandığını deyib.
O qeyd edib ki, Litvanın 2027-ci ilin birinci yarısında Aİ Şurasına sədrliyi dövründə əsas prioritetlərindən biri Ukraynanın Avropaya inteqrasiyası prosesini sürətləndirmək olacaq.
Baş nazir Litvanın Ukraynanın 2030-cu ildə Aİ-yə üzv olmasını dəstəklədiyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az