“Qarabəy Qarabəyov”

Millət öylə təhlükə qarşısındadır ki, xətti-hərəkətimiz bəlli olmazsa, bizim də Qarsdakı qardaşlarımızın gününə düşməyimizə bir şey qalmayıb. Qırx-əlli ildir bizi qırsalar da, həmişə əlimiz bağlı, dilimiz tutulu olub, cavab verməmişik. Siz bilirsiniz ki, bu qırğınlar mühüm və əski bir siyasət nəticəsidir. Qarsdan əvvəl məsələ olmamış İrəvan, Zəngəzur və digər qəzalarda əmsalı görünməmiş vəhşətlərə məhəl verildi. Rusiya çarı vaxtında Avropa siyasəti ilə müsəlmanları əziyyətdə saxlamaq üçün dürlü vasitələr vardı. Onlardan birisi də daşnaq firqəsi idi. Onun siyasətini biz çoxdan görürük. Türkiyəyə qarşı xətti-hərəkət bu günə qədər zühür etməmiş qan tökülür. Səbəbi nə idi? Fikirləri nə idi? Türkiyə Avropa müharibəsinə müdaxib etdi, o zaman onların fikirləri meydana gəldimi? Hər tərəfdə bandalar təşkil edilərək türklər əleyhinə qiyamlı, rus ordusu himayəsinə atılardı” – deyən Qarabəyov Rusiya çarizmindən sonra onu təmsil edən siyasətin meydanda qaldığını vurğulayır. Digər tərəfdən İngiltərə, Fransa, Amerikadan ibarət imperializm qüvvələrinin də müsəlman dünyasına qarşı olduğunu önə çəkən natiq istibdada qarşı çıxır. Daşnak və Denikin kimi qara qüvvələr vasitəsilə öz məqsədini təqib edən imperializmə qarşı çıxan Qarabəyov:” Həmişə güc ilə alınan haqq daşnaq kimilərini də yerində tez oturdar” – deməklə müstəbidlərin siyasətini anlamaqla haqq uğrunda mübarizədən əl çəkməməyi tövsiyə edir. Bir neçə min nəfərdən ibarət olan daşnaq firqəsinin neçə milyonlardan ibarət müsəlmanları qoyun kimi tələf edə bilməyəcəyini deyən natiq ingilislərin, amerikalıların da yüz minlik qoşun göndərmək iqtidarında olmadığını xatırladır və bunları nəzərə alıb indiki halda hökumətin yalnız sülh arzusundan ibarət olan qorxulu siyasətin kafi olmadığını yada salır. Ciddi tədbirlər görülməsə pusquda durmuş daşnakların nəinki Qarsa, Zəngəzur, Naxçıvan, Qarabağ, Gəncə, Bakı, Azərbaycanın digər yerlərinə də hücumlarının gözlənildiyini bildirərək təcili tədbirlər görməyi tələb edir.

“Biz millət kimi nə kimsənin hüququna təcavüzə səy etməyib kəndi hüququmuzu əldən verməyəcəyik. Daşnaq hökuməti tutduğu yolu buraxmalıdır, buraxmazsa, biz özümüz o vaxt onlarla hesablaşmalıyıq. Türkiyəni böldülər, Misiri, Ərəbistanı aldılar, Kürdüstanı müstəqil elan etdilər və qalan yerlərini erməniyə vermək istəyirlər. Deməli, Avropa planı yalnız Türkiyəni deyil, bəlkə daha doğrusu Azərbaycanı da məhv etməkdir. Haman mədəniyyətli Amerika nümayəndəsi Haskilin sözlərini təbii ki, qəzetlərdə oxuyub eşitmisiniz ki, Qarsda ermənilərə nitqində söyləmişdir ki, 2 sənə sonra burasını inşallah müntəzəm və böyük bir Ermənistan hökuməti mərkəzi kömək və Qara dənizdən Ermənistan portuna çıxıb da Ermənistan dəmir yolu ilə buraya gəlmək mənə müyəssər olar. Odur ki, bu xüsusda müavinət istəməməliyik, kəndi-kəndimizi mühafizəyə çalışmalıyıq. Budur bizim şüarımız və nicatımız” – cümlələri natiqin qətiyyətini göstərir.

Hazırladı – Fuad Kamil oğlu

Mənbə” “Qarabəy Qarabəyov” – Aydın Dadaşov (Bakı – 2012)

MANŞET XƏBƏRLƏRİ