Azərbaycanda mühüm sənəd dəyişir: detallar üzə çıxdı – DİQQƏT


Xəbər verdiyimiz kimi, Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərindəki məlumatların dairəsi dəyişir. Təklif sabah Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq dəyişiklikdə öz əksini tapıb. Bu məsələ artıq vətəndaşlar arasında geniş müzakirələrə səbəb olub, bir sıra suallar yaranıb.

Yenilənmə bütün vətəndaşlara şamil olunacaq? Dəyişikliklərin özəlliyi nədir?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, vəsiqələrin yenilənməsində əsas məqsəd bir çox anlaşılmazlıqları aradan qaldırmaqdır:

“Hazırda şəxsiyyət vəsiqələrimizdə ünvan göstərilmir. Bu, mənim üçün də problem olub. Məsələn, müəyyən konfransda iştirak üçün ünvan tələb olunurdu, amma şəxsiyyət vəsiqəsində qeyd edilmədiyinə görə çətinlik yaranırdı. Bundan əlavə, sənəddə bəzi kiçik texniki elementlərə dəyişikliklər edilməlidir. Yeni şəxsiyyət vəsiqəsi ilə xaricə səfərlər, xüsusən Türkiyəyə səyahət daha rahat olacaq. İndiyədək sözügedən sənəd bütün məlumatları tam əks etdirmirdi, çiplərdə isə lazımsız və çaşdırıcı bilgilər saxlanılırdı. Yeni vəsiqə sadə, əlçatan olacaq və hər kəsdə sual doğurmayacaq”.

raziiii

Razi Nurullayev

Millət vəkili qeyd edib ki, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi məcburi olmayacaq:

“Köhnə vəsiqələr də istifadə edilə biləcək. Ancaq istənilən şəxs öz arzusu ilə sənədini dəyişdirə bilər. Pasportu itən və ya yeni şəxsiyyət vəsiqəsi almaq istəyənlərə isə yeni formatda vəsiqələr veriləcək”.


MANŞET XƏBƏRLƏRİ