“Azərbaycan və Türkiyə dünya siyasətində” - Simpozium


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmlər Akademiyasının (TÜBA) birgə təşkilatçılığı ilə AMEA-nın Elmi kitabxanasında keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzulu beynəlxalq simpozium keçirilib.

Modern.az xəbər verir ki, tədbirin açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, TÜBA-nın prezidenti prof. dok. Müzəffər Şəkər, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri prof., dok. Ahmed Nuri Yurdusev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da iştirak edib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında Azərbaycan və Türkiyənin ortaq mədəni kodlarına, dövlətçilik ənənələrinə və Türk Dünyasının birliyində oynadığı strateji rola diqqət çəkib. O vurğulayıb ki, bu simpozium təkcə elmi müzakirə mühiti deyil, eyni zamanda ortaq gələcəyin birlikdə formalaşdırmaq üçün mənəvi inkişaf yoludur. Fondun həyata keçirdiyi layihələrin Türk xalqlarını daha sıx birləşdirdiyini qeyd edən xanım Raimkulova, bu birliyin sivilizasiyalararası dialoqda Türk Dünyasına öz sözünü demək imkanı verdiyini bildirib.

“Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda keçirilən beynəlxalq simpozium, iki qardaş ölkənin qlobal arenadakı strateji əməkdaşlığını elmi müstəvidə analiz etməklə yanaşı, Türk dünyasının siyasi birliyinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.


MANŞET XƏBƏRLƏRİ