ABŞ Federal Aviasiya İdarəsi bomba təhlükəsi səbəbindən Kanadanın paytaxtı Ottava və Monrealdakı beynəlxalq hava limanlarında uçuşları dayandırıb.
Turkustan.az xəbər verir ki, Ottavadakı Macdonald-Cartier Beynəlxalq Hava Limanında və Monrealdakı Pierre Elliott Trudeau Beynəlxalq Hava Limanında bomba təhlükəsi səbəbindən bütün uçuşlar dayandırılıb.
Yarım saatlıq fasilədən sonra hər iki hava limanında uçuşlar bərpa edilib.
Aytən Yaşar/ Turkustan.az