Müşavir: “Biz birlikdə ailə dəyərlərinə sahib çıxmalıyıq ki, gələcəyimizi qoruya bilək”


“Bizim xalqlarımız köklü mədəniyyətə, zəngin dəyərlərə malikdirlər. Təbii ki, bu köklü mədəniyyətin təməlində də ailə dəyərləri dayanır. Biz birlikdə ailə dəyərlərinə sahib çıxmalıyıq ki, gələcəyimizi qoruya bilək”.

Lider-media.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir mayın 22-də “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda Bakıda keçiriləcək elmi-praktik konfransla bağlı saytımıza açıqlamasında söyləyib.

Konfransın əhəmiyyətini qeyd edən müşavir tədbirin Türkiyə və Azərbaycanın ailə dəyərlərinin qornmasına, inkişaf etdirilməsinə fayda gətirməsini diləyib: “Əgər ailə dəyərlərimiz olmasa, millətimiz də var ola bilməz. Ən böyük zənginliyimiz olan ailə dəyərlərini qorumaq üçün əlimizdən gələni etməliyik. Bu, hər birimizin borcudur”.


MANŞET XƏBƏRLƏRİ