Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova Səmərqənd şəhərinə İslam Dünyasının Mədəniyyət Paytaxtı statusunun verilməsi münasibətilə keçirilən mərasimdə iştirak məqsədli rəsmi səfər edib. Səfər çərçivəsində o, ISESCO-nun Baş direktoru cənab Salim bin Məhəmməd əl-Malik ilə ikitərəfli görüş keçirilib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib və mədəniyyət, təhsil, eləcə də tarixi və mədəni irsin qorunması sahələrində birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər. Görüşün yekunu olaraq, Fond və ISESCO arasında Anlaşma və Əməkdaşlıq Memorandumunun hazırlanması və imzalanması barədə razılıq əldə olunub.
Aktotı Raimkulova, Səmərqəndə İslam Dünyasının Mədəniyyət Paytaxtı statusunun verilməsi münasibətilə Baş direktoru təbrik edib və bu təşəbbüsün təkcə Özbəkistan deyil, həm də bütün İslam və Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Fondun Prezidenti, ISESCO-nun mədəni irsin qorunması və təbliği sahəsindəki səylərinə tam dəstəyini bildirib.
Görüş zamanı xanım Aktotı Raimkulova, türk ölkələrindəki tarixi və mədəni abidələrin bərpası və qorunması ilə bağlı sistemli və elmi yanaşmanın vacibliyini qeyd edərək, bu sahədə çoxcildli metodik vəsaitin birgə hazırlanmasını da təklif edib.
Bundan əlavə, muzey işçilərinin ixtisasartırması, xüsusi təlim proqramlarının təşkili, birgə forumlar və mədəniyyət müəssisələrinin peşəkar potensialının artırılmasına yönəlmiş tədqiqat layihələri də müzakirə olunub.
Görüş zamanı əldə edilən razılaşmalar Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır və Türk və İslam dünyasının zəngin mədəni irsinin qorunması və peşəkar əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.