Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2020-ci ildən bəri reallaşan “Milli Qəhrəmanlarımız” layihəsi davam edir.
Kitabxanadan Turkustan.az-a bildirilib ki, layihə çərçivəsində Milli qəhrəmanlarımız haqqında videoçarxın birinci hissəsi hazırlanıb.
Videoçarx müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sitatları ilə başlayıb. Azərbaycanın igid oğulları Fəxrəddin Şahbazovun, Faiq Rəfiyevin, Mehdi Abbasovun, Nazim Quliyevin, Şamoy Çobanovun, Naiq Yusifovun, Mirəsgər Seyidovun həyatı, keçdiyi döyüş yolu və qəhrəmanlıqları haqqında qısa məlumat verilib.
Həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə dair “Xatirəsi” adlı xüsusi bölmə yaradılıb.
Videoçarx ilə link vasitəsilə tanış olmaq mümkündür.