Qəzzada məzar yerləri tükənib: Cəsədlər bağçalarda saxlanılır


Qəzzada Vəqflər Nazirliyi dəfn yerlərinin çoxunun tükəndiyini, cəsədlərin xəstəxana və bağçalarda gözlədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Fələstinin Qəzza zolağındakı Vəqflər və Dini İşlər Nazirliyi, İsrailin 22 aydır davam edən hücumları nəticəsində can itkisinin artması səbəbindən Qəzza zolağının əksər bölgələrində məzar yerlərinin tükəndiyini bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada, "Mülki əhalinin sistematik şəkildə hədəfə alınması və davam edən soyqırımı Qəzza zolağının bir çox yerində qəbiristanlıqların tükənmə həddinə çatmasına gətirib çıxarıb" , - deyə nazirlikdən bildirilib.

Bəyanatda vurğulanıb ki, İsrail ordusu 2023-cü ilin oktyabr ayından bu yana 40-dan çox qəbiristanlığı tamamilə və ya qismən dağıdıb.

Nazirlik vurğulayıb ki, İsrailin fələstinlilərin qəbiristanlıqlara girişinə icazə verməməsi dəfn yerlərinin kiçilməsinə və mövcud qəbiristanlıqların sürətlə tükənməsinə səbəb olub ki, bu da cəsədlərin dəfn edilməsində, xüsusən də məcburi köçkün mülki əhalinin yaşadığı ərazilərdə ciddi böhranlara səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ