Rusiyanın daxili işlər orqanlarının bu ölkədə yaşayan azərbaycanlıların ölümünə səbəb olan əməliyyatları və kütləvi həbsləri növbəti dəfə iki ölkə arasında gərginliyə səbəb olub.
Etiraf edək ki, zaman-zaman iki ölkə arasında bu cür hallar yaşanır və bir müddət sonra hər şey unudulur. Bu dəfəki prosesin hansı nəticələr doğuracağı hələlik bəlli deyil. Bu prosesdə isə diqqətiçəkən məqamlardan biri də Azərbaycandakı “5-ci kalon”un fəallaşmasıdır.
Xüsusilə, yaranmış bu fürsətdən istifadə edənlər kimlərinsə “xilaskar” rolunu qabardaraq ictimai rəydə gündəmə gətirir.
Bəzi iddialara görə, bu prosesdə Azərbaycanda bir sıra yüksək vəzifə tutmuş şəxslərlə də münasibətlər yaradılır. Amma bu münasibətlər olduqca ehtiyatlı formada həyata keçirilir ki, müvafiq qurumların diqqətini çəkməsin.
Bir zamanlar Azərbaycan xarici işlər nazirinin müavini olmuş Nadir Hüseynovun adının daha əvvəl bəzi mübahisəli məsələlərdə çəkilməsi ilə bağlı hazırda da bir sıra media resurslarının arxivlərində istinadlar qalmaqdadır.
Bakının mərkəzində Nadir Hüseynova və oğlu Hüseynə məxsus məşhur “Cənnət Gəncə” restoranının məhz iş adamı Araz Mehdiyevə icarəyə verilməsi də diqqətçəkən məqamlardan biri hesab oluna bilər.
İddialara görə hazırda A.Mehdiyevin işlətməsində olduğu “Cənnət Gəncə” restoranı xüsusi müştəriləri ilə seçilir. Bu sırada, daha çox Rusiyadan gələn qonaqların təşrif buyurması, qonaqlar üçün məxsusi otaqların müzakirələr üçün ayrılması kimi müşahidə olunan hallar sırasındadır.
Bakıda çoxsaylı əmlaklara sahib olan və daha neçə-neçə ofislər saxlamaq imkanı olan bu şəxslərin restoran icarəyə götürməsi və oraya böyük sərmayə yatırıb oradan qazanc güdməsi nə dərəcədə səmərəli ola bilər?
Bu sualın cavabının tapılması artıq, müvafiq qurumların işdir.
Qeyd edək ki, A.Mehdiyevin Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı İlham Rəhimovun kürəkəni olduğu bildirilir.
Turkustan.az