Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiya” İctimai Birliyi tərəfindən “Əlilliyi olan uşaq və gənclər üçün idman yarışları” layihəsinin icrasına başlanılıb.
Bu barədə QHT.az saytına təşkilatın rəhbəri Aynur Məmmədova məlumat verib.
İctimai Birliyin sədri qeyd edib ki, 3 ay davam edəcək layihənin əsas məqsədi əlilliyi olan uşaq və gənclərin idmana cəlb olunması, onların cəmiyyətə inteqrasiyası və sosial fəallığının artırılmasıdır. Layihə çərçivəsində parataekvondo və boccia idman növləri üzrə yarışların təşkili nəzərdə tutulur.
Aynur Məmmədovanın sözlərinə görə, layihənin ilkin mərhələsi üzrə hazırlıq işləri artıq həyata keçirilib, təşkilati tədbirlər planlaşdırılıb və əməkdaşlıq şəbəkəsi formalaşdırılıb.