Türküstanda beynəlxalq elmi-praktik konfrans keçirilib - Nələr müzakirə olunub? + FOTOLAR


Mayın 14-16-da Qazaxıstanın “Türküstan şəhərində “Türk dünyası: seçki sistemlərinin inkişaf ənənələri, təcrübəsi və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik ” konfrans keçirilib. Qeyd edək ki, konfrsans Türk Dövlətləri Təşkilatı (TDT) və Əhməd Yasəvi adına Türküstan Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda Azərbaycanı Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Saidə İsmayılzadə təmsil edib. Türküstan.az xəbər verir ki, konfransda S.İsmayılzadə “Türk xaqanlıqlarında hakimiyyətin formalaşması prosesi: xaqanların seçilməsi ənənələri və adətləri”: mövzusu ilə məruzə ilə çıxış edib. Tədbirdə Qazaxıstan, Azərbaycan Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın mərkəzi seçki orqanlarının rəhbərləri iştirak ediblər. Plenar iclas zamanı qurumun sədri Nurlan Abdirov beynəlxalq seçki əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Türküstan şəhərinin Türk dünyasının birliyinin rəmzi kimi tarixi və mənəvi əhəmiyyətindən danışıb, konstitusiya islahatları kontekstində Qazaxıstanın seçki sistemindəki dəyişikliklər haqqında məlumat verib. Konfrans çərçivəsində türk dövlətlərində seçki sistemlərinin inkişafına dair peşəkar dialoq, həmçinin konstruktiv və səmərəli fikir mübadiləsi aparılıb. Tədbirin nəticələri TDT-yə üzv ölkələrdə qanunverici bazanın və seçki sistemlərinin inkişaf təcrübəsinin daha da təkmilləşdirilməsinə töhfə verəməsini xüsusi vurgulayib.

Konfransın yekununda qəbul edilmiş Türküstan Bəyannaməsində iştirakçılar demokratik institutların və seçki proseslərinin gücləndirilməsinə dair ortaq sadiqliklərini ifadə ediblər. Bildirilib ki, bu konfrans türk dövlətlərindən olan alimlərin və ekspertlərin seçki sistemlərinin təkmilləşdirilməsi və vətəndaşların onlara etimadının artırılması ilə bağlı aktual məsələlərin müzakirəsinə daha fəal şəkildə cəlb olunmasına yeni təkan verəcək.

Konfransda Türk dövlətlərinin tarxinin öyrənilməsi sahəsində görülən işlər ölkələr arasında tarix üzrə informasiya mübadiləsinin aparılması qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə edilib. Yekunda konfrans iştirakçılarına Türk Dövləti Təşkilatının nişanı təqdim olunub.

Konfrans iştirakçıları TDT-yə üzv ölkələrin səlahiyyətli qurumlarına seçki prosesi sahəsində birgə elmi tədqiqatların və elmi-praktik tədbirlərin təşviq olunması ilə bağlı tövsiyələr veriblər.

Bundan başqa mayın 15-də Qazaxıstan Təhsil Nazirliyinin dəstəyi ilə Əhməd Yasəvi adına Türküstan Qonaq Evində “Zəmanələrin və mədəniyyətlərin dialoqunda Yəsəvi irsi: humanist təlimatlar və müasir çağırışlar” mövzusunda simpozium keçirilib. Saidə İsmayılzadə həmin tədbirdə “Əhməd Yəsəvi ideyaları əsasında yeni nəslin formalaşması” mövzusunda məruzə ilə çıxış edib.

“Türküstan.az”

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ