Türkiyə səfiri Şuşadan paylaşım etdi - FOTO


Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Şuşanın qarlı görüntüsünü əks etdirən paylaşım edib.

Səfir bu barədə "X" sosial media hesabında yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi Qarabağ səfərindən sonra bu səhər Şuşa qarlı, bəyaz bir səhərə oyandı. Doğan səhər günəşi isə Türkiyə-Azərbaycan qardaşlığının parlaq gələcəyinə dair ruhumuzdakı sevinc və ümidi işıqlandırır”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə noyabrın 8-də Azərbaycana səfər edib. Səfər çərçivəsində Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib.

Türkiyənin Azərbaycandakı səfiri Şuşanın qarlı görüntülərini paylaşdı (FOTO)

/pravda.az/


MANŞET XƏBƏRLƏRİ