Rusiya İrana S-400 sistemləri verə bilərmi?


Rusiyanın İrana S-400 zenit-raket komplekslərini təhvil verməsi ehtimalı azdır.

Turkustan.az xəbər verir ki, bu barədə "Telegraph" analitiklərə istinadla məlumat yayıb.

"Bunun səbəbi S-400 sistemlərinin Rusiyanın əsas hava hücumundan müdafiə vasitəsi olmasıdır. Xüsusilə də Ukrayna qüvvələrinin Rusiyanın neft emalı zavodlarına və kritik infrastrukturuna endirdiyi kütləvi zərbələr fonunda bu sistemlərin əhəmiyyəti daha da artır. Ukrayna qüvvələri Rusiyanın S-400 komplekslərini məhv edir ki, bu da həmin sistemlərin İrana tədarükü ehtimalını daha da azaldır. Rusiya S-400 komplekslərinin istehsalında çətinliklərlə üzləşir. Beynəlxalq sanksiyalardan yan keçməyə çalışmasına baxmayaraq, bu məhdudiyyətlər komplekslərin istehsalını hələ də çətinləşdirir və ləngidir. Bundan əlavə, Rusiya S-400 komplekslərindən Ukraynaya ballistik zərbələr endirmək üçün də istifadə edir. Bu məqsədlə əsasən RM-48U modifikasiyalı “yer-yer” tipli raketlərdən yararlanır",- analitiklər bildiriblər.

Qeyd edək ki, Britaniyanın "The Telegraph" nəşrinin yaydığı məlumatlara görə, İran Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükünü istəyib./axar.az


MANŞET XƏBƏRLƏRİ