"Düşmənə dərs verən bu qəhrəmanlardır" - Prezident


Ötən gün Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada hərbçilərlə görüşündə maraqlı anlar yaşanıb.

Turkustan.az xəbər verir ki, İlham Əliyev görüşdə olan hərbçilərin müharibədə qəhrəmanlıq göstərdiyi və ən yüksək dövlət nişanları ilə təltif edildiklərini xüsusi vurğulayıb.

Azərbaycan Prezidenti hərbçiləri səhnəyə çağırıb, onların hər biri ilə görüşüb və Türkiyə liderinə təqdim edib. Dövlət başçısı, “Düşmənə dərs verən bunlardır”, – deyə vurğulayıb.

Görüntüləri tədim edirik:


MANŞET XƏBƏRLƏRİ