ABŞ administrasiyasının İranla müharibəyə son qoymaq üçün Çindən Tehran üzərindəki təsir imkanlarından istifadə etməsini istədiyi iddia edilir.
Turkustan.az xəbər verir ki, “Washington Post” (WP) qəzetinin ABŞ və Avropa rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ-da müharibəyə qarşı ictimai narazılığın artması İran böhranının diplomatik yolla həllini prezident Donald Tramp administrasiyası üçün ən təcili və çətin məsələlərdən birinə çevirib.
Məlumata görə, ABŞ-nin maliyyə naziri Skott Bessent Trampın dəstəyi ilə Çin hökumətinə müraciət edib. Bessent Pekindən müharibəyə son qoymaq üçün İran üzərindəki təsir imkanlarından istifadə etməsini istəyib. Çinin isə bu mesajı Tehrana çatdırdığı bildirilir.
Trampın noyabrın 18-də Çində prezident Si Cinpinlə keçirəcəyi görüşdə İran məsələsinin də gündəmə gətiriləcəyi gözlənilir. Görüşdə Rusiya prezidenti Vladimir Putinin də iştirak edəcəyi iddia olunur.
Bundan başqa, Çinin Yaxın Şərq üzrə xüsusi elçisi, səfir Cai Jun-un müharibəyə son qoyulması istiqamətində diplomatik səylər çərçivəsində İran, Oman və Səudiyyə Ərəbistanına səfər etməsi gözlənilir.
Aytən Yaşar/Turkustan.az
Aytən Yaşar/ Turkustan.az