ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasının Respublikaçılar Partiyasının bir sıra yüksək vəzifəli üzvlərini, o cümlədən partiyanın donorlarını impiçment və digər cəza növləri ilə hədələdiyini iddia edib.
Turkustan.az xəbər verir ki, Tramp bununla bağlı sosial media hesabında paylaşım edib.
O, Demokratların ABŞ baş prokuroru Todd Blanche də daxil olmaqla bir çox şəxsi impiçment və digər cəza növləri ilə hədələdiyini bildirərək bunu “ən yüksək səviyyədə şantaj” adlandırıb.
“Bu, ən yüksək səviyyədə şantajdır və onlar buna görə məsuliyyət daşımalıdırlar”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin Demokratların Respublikaçılara dəstək verən donorları həbs cəzası və digər sanksiyalarla hədələdiyini iddia edib.
“Onlar dünyanın ən hörmətli insanlarından bəziləri olan donorlarımızı sadəcə Respublikaçıları dəstəklədikləri üçün həbs cəzası və bir çox digər cəza növləri ilə hədələyirlər”, – deyə Tramp bildirib.
Aytən Yaşar/Turkustan.az