Böyük Britaniyada kölə ticarətinə görə təzminat ödənilməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, keçmiş Baş nazir Boris Conson ailəsinin köləliklə bağlı tarixçəsini açıqlayaraq ulu nənəsinin XIX əsrdə İstanbulda köləliyə satıldığını bildirib. Bununla yanaşı, o, Britaniya hökumətinin keçmiş hadisələrə görə təzminat ödəməsinə qarşı çıxıb.
Köləliyə görə təzminat məsələsi Kral III Çarlzın bu mövzuda üzr istəməkdən çəkinməsindən sonra yenidən müzakirə predmetinə çevrilib.
Bu fonda Britaniyanın Baş naziri Endi Bernhem ölkəsinin kölə ticarətindəki roluna görə rəsmi dövlət üzrü istəməsinə açıq olduğunu bəyan edib.
Bernhem Karib hövzəsi ölkələrinə 40 milyon funt sterlinq yardım təklif edib. Lakin köləliyə görə təzminat tələb edənlər bu məbləği qeyri-kafi hesab ediblər.
Baş nazir Britaniyanın keçmiş kölə ticarətinə görə necə təzminat ödəyə biləcəyini qiymətləndirmək məqsədilə zərərçəkmiş tərəflərlə bir il davam edəcək “strukturlaşdırılmış dialoq” aparılacağını da vəd edib.
Aytən Yaşar/Turkustan.az