Misirin Giza əyalətinin Ayət şəhərində baş verən qatar qəzası nəticəsində 7 nəfər ölüb, 112 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Misirin Səhiyyə və Əhali Nazirliyi Qahirə-Əsvan dəmir yolu xəttində baş verən qəza ilə bağlı açıqlama yayıb.
Bəyanatda ölən və yaralıların xəstəxanalara çatdırılması üçün hadisə yerinə 72 təcili tibbi yardım maşınının göndərildiyi bildirilib. Yaralılardan 72-si Vasta, 33-ü Ayat, qalanları isə Atyaf xəstəxanasına yerləşdirilib.
Həmçinin qeyd olunub ki, yaralılardan 45-i müalicəsini başa vurduqdan sonra evə buraxılıb.
Səhiyyə naziri Xalid Əbdül Qaffarın yaralılara göstərilən tibbi xidmətləri yaxından izlədiyi, Giza və Beni Suef əyalətlərindəki səhiyyə müəssisələrində hazırlıq səviyyəsinin artırılması barədə göstəriş verdiyi bildirilib.
Aytən Yaşar/Turkustan.az