Səudiyyə Ərəbistanında erkən xəbərdarlıq sistemləri işə salındı


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Yəməndəki İran dəstəkli Husi üsyançılarının mümkün hücumu ilə əlaqədar erkən xəbərdarlıq sistemi işə salınıb.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi potensial təhlükə ilə əlaqədar paytaxtda xəbərdarlıq sisteminin aktivləşdirildiyini açıqlayıb.

Qurum sakinləri sakitliyi qorumağa və rəsmi orqanların göstərişlərinə əməl etməyə çağırıb.

Yerli sakinlər də mobil telefonlarına potensial təhlükə ilə bağlı xəbərdarlıq mesajları aldıqlarını bildiriblər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ