Tramp: İrana hücumlar tarixə ən yaxşı addımlarımızdan biri kimi düşəcək


ABŞ prezidenti Donald Tramp İrana qarşı hücumların tarixə indiyədək həyata keçirdikləri ən yaxşı addımlardan biri kimi düşəcəyini iddia edib.

Turkustan.az xəbər verir ki, Tramp həftəsonunu keçirdiyi Floridadan Ağ Evə qayıdarkən təyyarəyə minməzdən əvvəl Vest Palm Biçdə jurnalistlərə açıqlama verib.

İranla müharibədə qalib gəldiklərini iddia edən Tramp deyib: “Sizə deyə bilərəm ki, bu, tarixə indiyədək etdiyimiz ən yaxşı şeylərdən biri kimi düşəcək. Çünki onların nüvə silahı olsaydı, dünyanı partladardılar. Niyə? Çünki onlar dəlidirlər”.

Tramp İranla bağlı məsələnin nə zaman həll ediləcəyinə dair də danışıb. O bildirib ki, bu məsələni indi və ya daha sonra həll edə bilərlər: “İranla bağlı sual budur ki, bu məsələni indi, yoxsa sonra həll edəcəyik? Gözləyə bilərik. Bəzi qonşuları isə vəziyyətin olduğu kimi qalmasını üstün tuturlar”.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ