Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı infrastruktura zərbələri münaqişənin bitməsinə və ya Rusiya qoşunlarının irəliləməsinin qarşısını almağa kömək etmir.
Turkustan.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi deyib.
O həmçinin iddia edib ki, bu kimi zərbələr Rusiya cəmiyyətinin qətiyyətini daha da gücləndirir.
Qeyd edək ki, daha əvvəl Kolbi bildirib ki, ABŞ Ukraynanın Rusiya ərazisinin dərinliyinə orta mənzilli zərbələr endirməsini dəstəkləyir. /axar.az/