"Oreşnik"lə Ukraynaya cavab verməliyik! - Popov


Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə yeni hücumu "Oreşnik" orta mənzilli ballistik raketinin istifadəsinə səbəb ola bilər.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı hərbi pilot və aviasiya general-mayoru Vladimir Popov deyib.

“Görünür, yenidən “Oreşnik”in vaxtı gəlib çatıb. Çox istərdim yenidən onun işini görə bilək. Onlar (Ukraynalılar) Krım körpüsünə, Moskva, Sankt-Peterburqa hücumlarda öz imkanlarını necə nümayiş etdirirsə, biz də bu silahın gücünü göstərməliyik”, - deyə o bildirib.

Qeyd edək ki, Ukrayna ordusu Krım körpüsünə zərbələr endirib. Zərbələr nəticəsində tağla yanaşı, körpünün nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsinin tamamilə uçdub, gəmi keçidi isə körpünün dağıntıları səbəbindən bağlanıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ