Rusiyada “Nə? Harada? Nə zaman?” intellektual oyununun keçmiş iştirakçısı Rövşən Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi qiyabi keçiriləcək.
Turkustan.az xəbər verir ki, o, nasizmi təbliğ etmək, Rusiya ordusu barədə saxta məlumat yaymaq və digər cinayətlərdə ittiham olunur.
İş üzrə materiallar artıq məhkəməyə təqdim edilib. Lakin prosesin başlama tarixi açıqlanmayıb.
Xatırladaq ki, Rövşən Əsgərov Rusiyada qiyabi həbs olunub və beynəlxalq axtarışa verilib. İstintaqın iddiasına görə, o, 2022-ci ildə sosial şəbəkədə Sovet İttifaqı marşalı Georgi Jukovun xatirəsini ləkələyən paylaşımlar edib. Həmçinin dövlət xadimlərinə qarşı zorakılığa çağırışlar etməkdə və Ukrayna ordusunun hücumlarına bəraət qazandırmaqda ittiham olunur./Globalinfo.az