Praqada iki sərnişin qatarının toqquşması nəticəsində 46 nəfər xəsarət alıb.
Turkustan.az xəbər verir ki, yaralılardan dördünün vəziyyəti ağırdır.
Qəza bu səhər Çexiyanın paytaxtı Praqada, şəhərin əsas dəmir yolu stansiyasının yaxınlığında baş verib.
Praqa Yanğından Mühafizə Xidmətinin sözçüsü Miroslav Rezak bildirib ki, xəsarət alanların sayı çox olsa da, toqquşma genişmiqyaslı dağıntılara səbəb olmayıb. Onun sözlərinə görə, qatarlar qəza zamanı aşağı sürətlə hərəkət edirmiş.
Hadisədən sonra qatarların hərəkəti dayandırılıb, bəzi reyslər isə alternativ marşrutlara yönləndirilib.

Aytən Yaşar/Turkustan.az