Qatarların gecikməsinə görə sərnişinlərə kompensasiya veriləcək – Video


“Azərbaycan Dəmir Yolları” QSC qatarların gecikməsinə görə sərnişinlərə pul kompensasiyası ödəyəcək.

Turkustan.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov məlumat verib.

Qaydalara əsasən:

- gecikmə 1 saatdan 2 saatadək olduqda, biletin qiymətinin 25%-i;

- 2-4 saat olduqda 50%-i;

- 4 saatdan çox olduqda 100%-i tam olaraq sərnişinə geri qaytarılacaq.

“Burada vacib məqam ondan ibarətdir ki, gecikmə ADY-nin təqsiri ucbatından baş versin. Bu qərar sərnişin hüquqlarının qorunması və dəmir yolu xidmətinin keyfiyyətinin artırılması baxımından mühüm addımdır”, - deyə ekspert qeyd edib.



Bizim.Media


MANŞET XƏBƏRLƏRİ